Tehranın cümə namazı xətibi:
22:47 - September 29, 2017
Xəbər sayı: 3482216
Tehranın cümə namazı xitabətçisi İraqın Kürdüstan məntəqəsində ayrılıq referendumunun keçirilməsini sionist planı adlandırıb.

Kürdüstan məntəqəsinin İraqdan ayrılması planı sionist planıdırİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Ayətullah Mohəmməd Emami-Kaşani Tehranın buhəftəki cümə namazı xütbələrində deyib: ƏgərKürdüstan məntəqəsiİraqdan ayrılarsa, bu ölkənin parçalanmasına bais olanlar gələcəkdə öz xiyanətlərinə görə cavab verməlidirlər.

Tehranın cümə namazı xitabətçisi sonra deyib:İraqın Kürdüstan məntəqəsinin başçıları "yeni Yaxın Şərq planı"nın reallaşması istiqamətindəAmerika və sionist rejimlə əlbir olmaq yerinə, onlarla mübarizə aparmalıdırlar.

İraqın Kürdüstan məntəqəsində ayrılıq referendumu beynəlxalq müxalifətə və İraq dövlətinin qətiyyətli reaksiyasına rəğmən, İraqKürdüstanıməntəqəsinin başçısı Məsud Barizaninin şəxsi məqsədilə 2017-ci il sentyabrın 25-də keçirildi.

Ayətullah Emami-Kaşani həmçinin müqəddəs müdafiənin bir çox dəyərlər yaratdığını və düşmənlərin məyus olmalarına səbəb olduğunudilə gətirərək, söyləyib: Əgər nüvə anlaşmasında İran rəsmiləri qüdrətlə Amerikanın tamahkarlıqları qarşısında dayanırlarsa, bu, Aşura məktəbiniözlərinə meyar götürmüş döyüşçülərin şücaətləri, fədakarlıqları və şəhadətlərinə görədir.

Tehranın cümə namazı xitabətçisi sonra belə qeyd edib: Amerika prezidenti Donald Trampın, sionist rejim və Ali-Səud rejimi başçılarının İrandan əsəbi olmaları məhz İran xalqının bu fədakarlıq və şücaət mədəniyyətinə görədir.

Ayətullah Emami-Kaşani həmçininTehranın cümə namazının birinci xütbəsində dünya şiələrinin üçüncü imamı, Həzrət İmam Hüseyn(ə)-ın şəhadəti günlərinə görə başsağlığı verərək, deyib: Aşura məktəbi dəyərli insanlar yetişdirib və İslam gəncləri fədakarlıq, şücaət və mənəviyyatı Kərbəla şəhidlərindən öyrənməlidirlər ki, düşmənlərin qarşısında dayana bilsinlər.

Ad:
E-poçt:
* Comment: