IQNA

20:53 - September 30, 2017
Xəbər sayı: 3482220
Minlərlə Yəmən vətəndaşı Hüseyn (ə) Tasuası ilə əlaqədar Səna və Sədə şəhərlərinin müxtəlif bölgələrində yürüş keçirib.


Minlərlə yəmənli Hüseyn (ə) Tasuası ilə əlaqədar yürüş keçirdi

İQNA (Beynəlxalq Quan Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Yürüş iştirakçıları Kərbəla şəhidləri üçün əzadarlıq edib və səudiyyə rejiminin cinayətlərini pisləyiblər.

Səna və Sədədə keçirilən yürüşlərdə yəmənlilər Səudiyyə Ərəbistanının Yəmənə hücumlarının dərhal dayandırılmasını tələb ediblər.

Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib və istefaya getmiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə bu ölkəni hər tərəfdən mühasirəyə alıb.

Bu hərbi təcavüz nəticəsində indiyə qədər 13 mindən çox yəmənli həlak olub, yoxsul ölkəərzaq və dərman preparatı çatışmazlığı ilə üzləşib.

Teqlər: iqna ، yəmən ، İmam Hüseyn ، səna ، İslam ، Quran
Ad:
E-poçt:
* Comment: