IQNA

12:07 - October 03, 2017
Xəbər sayı: 3482224
Verilən son məlumatlara əsasən, Myanmalı müsəlman uşaqlara kömək etmək üçün 76,1 milyon dollara ehtiyac var.

Myammadan qaçqın düşən 300 min uşaq dözülməz şəraitdə yaşayırİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadən xəbər verir ki, bunu BMT-nin Uşaq Fondu (UNICEF) açıqlamasında bildirib. UNİCEF Myanma hökuməti və ordusunun zorakılıqlarından Banqladeşə sığınan Rohinciyalı qaçqın uşaqlara yardım üçün 76,1 milyon dollar vəsaitin toplanması məqsədi ilə beynəlxalq ictimaiyyətə müraciət edib. Bu vəsait içməli su, qida, uşaqlara psixoloji dəstək, onların müxtəlif xəstəliklərdən qorunması üçün peyvəndlərin təmini üçün sərf olunacaq.

UNİCEF-in bəyanatına görə, Banqladeşin Koks Bazar düşərgəsində təxminən 300 min uşaq "dözülməz şəraitdə" yaşayır.

Qeyd edək ki, bundan öncə UNİCEF Banqladeşdə qaçqın düşərgələrində qalan müsəlmanlara yardım üçün 7 milyon dollar tələb etmişdi.

Xatırladaq ki, Myanma ordusu və hökumətinin cari ilin avqust ayının 25-dən sonra Arakan bölgəsində Rohingiya müsəlmanlarına qarşı hücumlarının ardınca bu bölgədən 500 mindən çox Rohingiyalı müsəlman Banqladeşə qaçıb ki, onların 60 faizini uşaqlar təşkil edir.

Teqlər: Myanma ، iqna ، Quran ، İslam ، müsəlman ، Arakan
Ad:
E-poçt:
* Comment: