IQNA

Bəhreyn İnsan Haqları Mərkəzinin Ali-Xəlifənin Aşura simvollarına təcavüzü haqda məlumatı

14:07 - October 03, 2017
Xəbər sayı: 3482225
Ali-Xəlifə rejiminin Bəhreyndə Hüseyn(ə) əzadarlarına və Aşura simvollarına qarşı yürüşünün ardınca Bəhreyn İnsan Haqları Mərkəzi bu rejimin təcavüzləri barədə hesabat yayıb.
Bəhreyn İnsan Haqları Mərkəzinin Ali-Xəlifənin Aşura simvollarına təcavüzü haqda məlumatıİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Bəhreyn İnsan Haqları Mərkəzi bu hesabatda Ali-Xəlifə rejiminin xüsusən Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın şəhadətilə bağlı əzadarlıq günlərində Bəhreyn xalqının dini azadlıqlarına qarşı təcavüzlərinin şiddətlənməsindən nigarançılıq edərək, dini mərasimlərin yerinə yetirilməsinin azad və himayə edilməsi sahəsində bu rejimin hökmranları tərəfindən zəmanətlərin verilməsi mövcudluğunu vurğulayıb.

Bu hesabata əsasən, Ali-Xəlifə rejiminin hərbçiləri məhərrəm ayının ilk ongünlüyündə 21 şiə sakinli məntəqəyə basqın edərək, orada Aşura simvol və bayraqlarını aşağı salıblar.

Həmçinin polis qüvvələri Hüseyn(ə) bayraqlarının aşağı salınmasına etiraz edənlərə, eləcə də əzadarlıq mərasiminə hücum edərək, gözyaşardıcı qazlar işlədiblər və Əlməamir və Əlmusəlla məntəqələrində onlara atəş açandan sonra on iki vətəndaşı həbs ediblər.


captcha