İnqilab Rəhbəri:
9:24 - October 04, 2017
Xəbər sayı: 3482227
İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Seyid Əli Xamenei dünən müqəddəs hərəm müdafiəçisi olan şəhid Möhsün Höcəcinin ailəsini qəbul edib.

Düşmənlər İran xalqını cihad yolundan geri döndərməyə çalışırlarİslam İnqilabının Böyük Rəhbəri ofisinin informasiya portalının məlumatına görə,İslam İnqilabının RəhbəriHəzrət Ayətullahuluzma Xamenei dünən günorta çağı hərəm müdafiəçilərindən olan şəhid Mohsen Hocəcinin ailəsilə görüşdə bu yüksək dərəcəli şəhidi ilahi nişanə, eləcə də məzlum və başı bədənindən ayrılmış şəhidlərin sözçüsü adlandırıblar. O həzrət xalqın bu şəhidin dəfn mərasimində əzəmətli və misli az görünmüş iştirakına işarə edərək, belə qeyd ediblər: Allah-Taala şəhid Hocəcinin mübarizəsi vasitəsilə İran xalqını əziz və başıucaetdivə onu İslam İnqilabının cari möcüzəsi və gənc inqilabçı nəslin simvolu qərar verdi.

Həzrət Ayətullahuluzma Xamenei şəhid Hocəcinin parlaq, ali və görkəmli adının onun mübarizələri və məzlumcasına şəhadəti nəticəsində bütün İranda yayılmasına işarə edərək, deyiblər: Bütün şəhidlər məzlumdurlar və Mohsen Hocəcidən savayı digər şəhidlər də vardırlar ki, düşmən onlarınbaşlarını bədənlərindən ayırıblar və onlarınhamısı Allahın yanında əziz və yüksək dərəcələrə malikdir, amma Allah-Taala öz hikmətivə bu gəncin xüsusiyyətləri əsasında onuhəmin şəhidlərin nümayəndəsi və sözçüsü edibdir.

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: İran, Əfqanıstan və İraqdan, eləcə də digər məntəqələrdənAmerika və İngiltərənin əlaltıları və təkfirçi quldurlar iləmübarizədə şəhid olmuş bütün şəhidlər şəhid Hocəcidə xülasə olunur və görünür və Allah onu məzlumcasına və şücaətli şəhadətin simvolu edibdir.

Həzrət Ayətullahuluzma Xamenei bu şəhidin ailəsinin, məsul şəxslərin və bütün İran xalqının şəhid Hocəciyə və onun kimilərinə borclu olduqlarını bildiriblər və şəhidin atası, anası və həyat yoldaşının görkəmli rolunu yüksək qiymətləndirərək, deyiblər: Hərçənd şəhidin itirilməsi onun ailəsi üçün böyük bir müsibətdir, amma Allahın onun vasitəsilə ölkəyə verdiyi izzət onların asayişi və təsəlli mənbəyi olacaq.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin şəhid Hocəcinin əsirlik anındakı ölməz təsvirinə işarə edərək, bu cümlələri vurğulayıblar: Allahın salamı,həyatın ən həssas və təhlükəli anında haqqın,məhv olmaqda olan nahaqqarşısında aşkar və qalib simvolu olmuş bu iftixarlı və başıuca şəhidə olsun. Allahın salamı ona olsun ki, məzlumcasına şəhadət və xalisanə cihadla özünü və bütün xalqı əziz etdi.

Sahartv

Ad:
E-poçt:
* Comment: