IQNA

9:50 - October 04, 2017
Xəbər sayı: 3482228
“Sionist rejimin siyasətləri yəhudiləri məhvə sürükləyir”. Bunu Livan Hizbullahının baş katibi Aşura günündə yəhudilərə xitabən deyib.

Livan Hizbullahı baş katibinin açıqlaması sionistləri təşvişə salıbBeynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Sahartv-yə istinadla xəbər verir ki, Livan Hizbullahı baş katibi Seyid Həsən Nəsrullah yəhudilərdən işğal olunmuş əraziləri tərk edərək özlərini xilas etmələrini istəyib. Livan Hizbullahının bu sözləri sionist rejim Kütləvi İnformasiya Vasitələrində çoxlu rezonanslara səbəb olub. Seyid Həsən Nəsrullah bu açıqlamasında demişdi ki, müsəlmanlar və müqavimətin Yəhud dini ardıcılları ilə müharibəsi yoxdur. Amma sionistlər sonu necə bitəcək müharibəni başlatdıqlarını və hansı əraziləri öz caynağına alacağını bilmirlər. Seyid Həsən Nəsrullah həmçinin deyib ki, Netanyahu bir müharibəni başladarsa, işğal olunmuş Fələstində təhlükəsiz məkan olmaycaqdır.

Livan Hizbullahı baş katibinin yəhudilərdən işğal olunmuş Fələstini tərk etmələrinə dair analoqu olmayan istəyi, dünya mediaları, xüsusilə də sionist rejim medialarında geniş rezonans doğurmuşdur.

Seyid Həsən Nəsrullah Aşura günü çıxışında Netanyahu və ABŞ-ın hazırkı prezidenti Trampın bölgəni gələcək çevrəsini proqnoz edə bilmədikləri yeni müharibəyə doğru sürüklədiyinə toxunaraq yəhudilərdən öz hesablarını sionistlərin hesabından ayırmağa çağırıb.

Livan Hizbullahı baş katibi Seyid Həsən Nəsrullah deyib: İlk öncə sionistlər istisna olmaqla bütün yəhudilərdən istəyirəm ki, hesablarını özlərini mütləq məhvə sürükləyən sionistlərin hesablarından ayırsınlar. İşğal olunmuş Fələstinin bal-qaymaq olması ümidi ilə bu ərazilərə gələn bütün şəxslərdən onu tərk etmələrini və gəldikləri ölkələrə qayıtmalarını istəyirəm. Belə ki, Netanyahunun axmaq hökumətinin alovlandırdığı müharibənin odunu olmasınlar. Çünki Netanyahu bu bölgədə müharibə yaradarsa, bəlkə də onların işğal olunmuş Fələstini tərk etmək fürsəti olmasın və işğal olunmuş Fələstində onlar üçün heç bir təhlükəsiz məkan olmayacaq.

Livan Hizbullahının baş katibi işğal olunmuş Fələstin ərazilərində məskunlaşdırılan yəhudilərə xitabən deyib: Özünüzün heç bir təkəbbürlü və axmaq rəhbərinizə bəlkə də, hər bir şeyin və bu rejimin sonu olacaq macəralara daxil etmək icazəsi verməyin.

Strateji və hərbi məsələlər üzrə ekspert Əmin Hətit Livan Hizbullahı baş katibinin çıxışı haqda deyib: Seyid Həsən Nəsrullah sionistlər və yəhudilər arasında fərq qoyaraq, düşmən cəbhəsində bölünmə strategiyasını irəli sürdü və qarşılaşmanı bir milyon sionistlə, xüsusilə də onların başçıları ilə məhdudlaşdırdı. Belə ki, düşmən əleyhinə psixoloji və media müharibəsi olsun. Əlbəttə o bu mövqeyi ilə hər bir inancla insanların canının dəyərli olduğunu əks etdirdi. Belə ki, bizim müharibəmiz işğalçılıqla və problemlərin əsası, yəni sionist ideologiyalar və ABŞ və İngiltərənin müstəmləkəçilik planları ilədir və yəhudilər bu alovun odunu olmuşlar.

Ad:
E-poçt:
* Comment: