İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.az-a istinadla xəbər verir ki, Londonda Newham bölgəsində Quranın müxtəlif dillərdə tərcümələri sərgisi təşkil olunub.
Sərgidə 50-dən çox tərcümə nümayiş olunur.
Sərgi təşkilatçılarından Bəşarət Ahməd deyib ki, biz İslamın barış mesajını toplumun daha böyük bir hissəsinə çatdırmaq istəyirik.
"İslam bizə toplum içərisində necə sülh şəraitində yaşayacağımızı və qonşularımızla necə mərhəmətli ola biləcəyimizi söyləyir”.