IQNA

İnqilab Rəhbəri:
11:03 - October 05, 2017
Xəbər sayı: 3482230
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə gecə Türkiyə prezidentini qəbul ediblər.
Sionist rejim regionda İslam İnqilabının Böyük Rəhbəri çərşənbə gecə Türkiyə prezidentini qəbul ediblər. Görüşdə kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun keçirilməsində ABŞ və sionist rejimin mənafeyinə toxunan İnqilab Rəhbəri xatırladıblar: ABŞ və əcnəbi qüdrətlər etimad olunmaz və bölgədə "Yeni İsrail"i yaratmaq ardıncadırlar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun keçirilməsini regiona xəyanət və onun gələcəyinə təhlükə adlandırıb və bu hərəkətin qonşular üçün uzunmüddətli mənfi nəticələrinə toxunaraq bildiriblər: İran və Türkiyə bu hadisə ilə mübarizə aparmaq üçün mümkün hər bir addımı atmalıdırlar və İraq dövləti də bu məsələdə ciddi şəkildə qərar verməlidir.

İslam İnqilabının Böyük Rəhbəri bu məsələ ilə mübarizədə İran və Türkiyə tərəfindən əməkdaşlıq, həmrəylik, vahid, ciddi siyasi və iqtisadi qərarların verilməsini önəmli adlandırıb və xatırladıblar: ABŞ və Avropa dövlətlərinin bu məsələyə baxışı İran və Türkiyənin baxışından fərqlidir. ABŞ İran və Türkiyə əleyhinə həmişə əlində rıçaqın olmasını istəyir. Buna görə amerikalılar və avropalılara və onların mövqelərinə heç bir vəchlə etimad etmək olmaz.

Şərqi Asiyada Myanmadan Şimali Afrikaya qədər islam dünyasının ciddi problemlərinə diqqət çəkən İnqilab Rəhbəri əlavə ediblər: Bu problemlərlə mübarizədə İran və Türkiyə razılığa gələ bilərlərsə, o razılıq mütləq reallaşacaq və onun xeyri hər iki ölkə və islam dünyasına çatacaq.

Həzrət Ayətullahülüzma Xamenei həmçinin İran və Türkiyənin Astana iclasındakı əməkdaşlıqları və bu əməkdaşlıqlar nəticəsində Suriya olaylarının yaxşılaşmaqda olmasından razılıq edərək deyiblər: Əlbəttə İŞİD və təkfirçilərin məsələsi bu formada sona çatmayacaq və bu məsələnin həlli uzunmüddətli və real proqrama ehtiyaclıdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu görüşdə bölgədə İran və Türkiyə arasında güclü birliyin yaranmasının vacibliyini vurğulayıb: İnkaredilməz fakt və sənədlərə əsasən ABŞ və İsrail Kürdüstan məsələsində ümumi bir razılığa gəliblər və Barzani referendum keçirməklə bağışlanmayacaq bir səhvə yol verdi.

Türkiyə prezidenti ABŞ, Fransa və İsrailin Yaxın Şərq ölkələrini parçalamaq və bu şəraitdən öz xeyirlərinə faydalanmaq istədiklərini bəyan edərək xatırladıb: Onların Suriya üçün də həmin planı vardır və İran və Türkiyənin bu barədə birləşməsi və vahid qərarı çox önəmlidir.

Mənbə: Sahartv
Ad:
E-poçt:
* Comment: