IQNA

11:47 - October 05, 2017
Xəbər sayı: 3482231
BMT nəzdində fəaliyyət göstərən insan hüquqları mütəxəssisləri, Myanmarıda ordu və ifratçı budistlərin müsəlmanlara qarşı hücumlarını insanlığa qarşı işlənən cinayətlər sırasında ola biləcəyi xəbərdarlığını edib.

BMT ekspertləri Arakanlı müsəlmanlara qarşı hücumları insanlığa qarşı işlənən cinayət adlandırıbİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, BMT-nin Qadınlara Qarşı Hər Cür Ayrı-seçkiliyin qarşısının alınması Komitəsi (CEDAW) və Uşaq Hüquqları Komitəsinin (CRC) insan hüquqları üzrə mütəxəssisləri birgə yazılı bəyanat yayaraq Arakandakı zorakılıqları pisləyib.

Mütəxəssislər, Myanmar dövlət qurumlarının bölgədəki şiddətə dərhal son vermə və qadın və uşaqlara qarşı hücumların araşdırılaraq bu cinayətlərdə məsul şəxslərin istintaqa cəlb edilməsi çağırışı ediblər: "Cinayət, təcavüz və zorla evlərindən didərgin salınan və insan hüquqları pozuntularına məruz qalan xüsusilə Arakanlı qadın və uşaqların taleyindən narahatıq.”

Bəyanatda insan hüquqlarının ordu və digər təhlükəsizlik qüvvələri tərəfindən pozulması daha çox pislənilib.

BMT ekspertləri Myanmar hökumətinin beynəlxalq öhdəliklərini yerinə yetirməyə və bölgəni ziyarət etmək üçün insan hüquqları mütəxəssislərinə tam imkan verilməsinin zəruriliyini vurğulayıb.

Teqlər: BMT ، iqna ، Arakan ، Müsəlman ، İslam ، Myanma ، Quran
Ad:
E-poçt:
* Comment: