İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən həftənin Cümə günü, 2017-ci ilin Oktyabr ayının 6-da, Rusiyanın paytaxtı Moskvada beynəlxalq Quran-Kərim yarışları keçirilib.
Rusiyanın 18-ci beynəlxalq Qurani-Kərim yarışlarında Əmir Ləli Əvvəl - iranlı beynəlxalq qari və müqəddəs Məşhəd şəhərinin İmam Rza (ə) hərəminin azançı və qarisi, birinci yeri qazandı.
Quran yarışlarının püşkatma mərasimində iranlı qarinin payına 31 saylı püşk əsasında mübarək Zümər surəsini tilavəti düşüb.
Yarışların ikinci günü, 7 oktyabr 2017-ci il, rəqabət kürsüsünə əyləşən iranlı qari və müqəddəs Məşhəd şəhərinin İmam Rza (ə) hərəminin azançı və qarisi Əmir Ləli Əvvəl müxtəlif ölkələrdən, o cümlədən Misr, Suriya, Liviya, Bəhreyn, İndoneziya, Küveyt, Mərakeş, Rusiya, Ərəbistan və Əlcəzayirdən olan 40-dan çox rəqibini önə keçərək bu yarışların birinciliyini əldə edib.
Rusiyanın 18-ci beynəlxalq Quran yarışlarının ikinci, üçüncü, dördüncü və beşinci yerlərini Liviya, Misr, Suriya və Bəhreyn qariləri əldə ediblər.
http://www.iqna.ir/fa/news/3650610
http://www.iqna.ir/fa/news/3650592