IQNA

Almaniyanın "Goethe Universiteti"ndə "İslami Elmlər Akademiyası" təsis edildi

11:12 - October 12, 2017
Xəbər sayı: 3482257
Almaniyanın Franfurkt şəhərinin "Goethe Universiteti"ndə digər İlahiyyat müəssisələrinə "elm və cəmiyyət" mövzusunda "İslami Elmlər Akademiyası" da əlavə edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın Franfurkt şəhərinin "Goethe Universiteti"ndə digər beş universitetin İlahiyyat müəssisələrinə "elm və cəmiyyət" mövzusunda araşdırmalara aparacaq "İslami Elmlər Akademiyası" da əlavə edildi və hazırda bu akademiyada yüzdən çox tələbə təhsil alır.

Bu barədə İran İslam Respublikasının Almaniyadakı Mədəni İşlər İdarəsinin 340 saylı həftəlik xəbər bülleteni məlumat verərək dedi: Bu akademiyanın təsisin edilməsinin əsas məqsədi İlahiyyat ixtisasçıları arasında əlaqələrin genişləndirilməsi və ictimai dialoqa girişdir.

Akademiya istəyir ki, Almaniyanın elmi təhsil sistemində İslami ilahiyyat araşdırmalarına yer ayırsın və bununla da müxtəlif dinlərdən olan insanlar arasında elmi və ictimai əlaqələri gücləndirsin.

Akademiyanın gələn beş il ərzində inkişafı üçün Almaniyanın elm və təhsil nazirliyi 10 milyon yevro büdcə ayırıb.

http://www.iqna.ir/fa/news/3651624


captcha