IQNA

Əmmar Həkim:

İslami ölkələrin parçalanmasının həqiqi qalibi İsraildir

6:10 - October 14, 2017
Xəbər sayı: 3482259
"İraqın Milli Hakimiyyət Hərəkatı"nın rəisi İslami ölkələrin və Ərəb dövlətlərinin parçalanmasının və bu ölkələrin silahlı toqquşmasının həqiqi qalibinin işğalçı İsrail rejiminin olduğunu vurğulayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Seyyid Əmmar Həkim - "İraqın Milli Hakimiyyət Hərəkatı"nın rəisi, İslami ölkələrin və Ərəb dövlətlərinin parçalanmasının və bu ölkələrin silahlı toqquşmasının həqiqi qalibinin işğalçı İsrail rejiminin olduğunu vurğulayıb.

Seyyid Əmmar Həkim - "İraqın Milli Hakimiyyət Hərəkatı"nın rəisi, cari həftənin Cüməaxşamı günü, 12 Oktyabr 2017-ci il, İraqın paytaxtı Bağdadda "Ərəb ölkələrinin həmkarlar ittifaqı"nın rəisləri ilə görüşündən sonra bəyaniyyə yayaraq vurğuladı: İraq dövləti səbir və hikmətlə, amma tam ciddiyyətlə, qəti və qanuni olaraq Kürdüstan referendomu məsələsi barədə ölçü götürəcəkdir.

"İraqın Milli Hakimiyyət Hərəkatı"nın rəisi bəyaniyyənin davamında İraqın terrorizmlə mübarizədə əhəmiyyətli və təsirli roluna işarə edərək dedi: Şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistani cənablarının "Cihda" fətvası İraq camaatında özünəinam və etimad yaratdı və İraq silahlı qüvvələrinin rəşadəti ilə Bağdaddan Suriya sərhədlərinə qədər işğal edilmiş ərazilərini geri aldı.

Seyyid Əmmar Həkim - "İraqın Milli Hakimiyyət Hərəkatı"nın rəisi, İraqın qarşıdakı seçkilərinə də işarə edərək elan etdi: Bu seçkilər İraqın demokratik dövlət təcrübəsini çoxaldacaq, gücləndirəcəkdir və regionda demokratik seçkilərin ideal nümunəsini yaradacaqdır.

http://www.iqna.ir/fa/news/3652156


Teqlər: iqna ، İraq ، Əmmar həkim ، kürdüstan
captcha