IQNA

Qətər Xeyriyyə Müəssisəsi "bril" xətti ilə yazılmış 4 min nüsxə Quran paylayacaq

10:04 - October 15, 2017
Xəbər sayı: 3482262
Bu müəssisə Malaziyanın xeyriyyə şirkətlərinin birinin həmkarlığı ilə Tunis, Türkiyə, Məğrib və Britaniya ölkələrinin "qəlbinur"ları arasında bril xətti ilə yazılmış Quran nüsxələri paylayacaqdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Qətər xeyriyyə müəssisəsi" elan edib ki, Malaziyanın xeyriyyə şirkətlərinin birinin həmkarlığı ilə Tunis, Türkiyə, Məğrib və Britaniya ölkələrinin "qəlbinur"ları (görmə qüsuru olanlar) arasında bril xətti ilə yazılmış 4 min nüsxə Qurani-Kərim nüsxəsi paylayacaqdır.

Qətər xeyriyyə müəssisələrinin gözdən əlillər üçün bril xətti ilə yazılmış Quran-Kərim nüsxələri "Bəsirət Müshəfi" adı ilə tanınır. Bu müshəf 2013-cü ildə Qətər xeyriyyə müəssisəsinin təşəbbüsü və Malaziya xeyriyyə şirkətinin həmkarlığı ilə bazara çıxarılıb.

"Bəsirət Müshəfi"nin "bril" xətti ilə ayələr üçün mündərəcatı vardır ki, gözləri görməyən insan əlindəki elektron qələmi bu ayələrə toxundurduqda həmin ayənin audiosunu da eşidə bilir. Bundan əlavə bu müshəfdə müxtəlif qarilərin tilavətini seçərək qulaq asmaq, sözlərin mənasını öyrənmək, ayələrin nüzul səbəblərini və müxtəlif mətnlərin audiosunu dinləmək imkanı vardır.

Qətər xeyriyyə müəssisəsi elan edib ki, İslam dünyasında bril xətti ilə yazılmış Qurana ehtiyacı olan 35 milyon insan vardır ki, bu cür Quranların çap xərci ağır olduğu üçün bütün "qəlbinur"lara bu nemətdən istifadə imkanı yoxdur.

Bu xeyriyyə müəssisəsi bundan öncə də 2014-cü ildə 6 min nüsxə bril xətti ilə yazılmış Qurani-Kərimi Sudan, Banqladeş, Qərəz və İndoneziya ölkələrinin "qəlbinur"larına hədiyyə etmişdir.

Qeyd edək ki, Qətər xeyriyyə cəmiyyəti bu kompaniyanı "Ağ Əsa" günü münasibəti ilə həyata keçirib.

"Ağ Əsa" günü hər il 15 Oktyabr tarixində gözdən əlillər üçün bayram mərasimi keçirilir və ictimai fəaliyyətində fərqlənən "qəlbinur"lara təqdir və təşəkkür edilir.

http://www.iqna.ir/fa/news/3652747


Teqlər: iqna ، qətər ، bril ، bəsirət müshəfi
captcha