IQNA

Avropanın anti-terror qanunlarının qurbanları sivil müsəlman vətəndaşlardır

5:57 - October 18, 2017
Xəbər sayı: 3482274
Bəzi Avropa ölkələrində anti-terror qanunları elə hazırlanıb ki, heç bir dəlil olmadan sivil və günahsız müsəlman vətəndaşları terrorist ittihamı ilə təhlükə qarşısında qoyur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəzi Avropa ölkələrində anti-terror qanunları elə hazırlanıb ki, heç bir dəlil olmadan sivil və günahsız müsəlman vətəndaşları terrorist ittihamı ilə təhlükə qarşısında qoyur.

Buna misal olaraq iki həftə öncə İngiltərənin Mançestr şəhərində toplantı keçirən "mühafizəkarlar partiyası"nın qərarını göstərmək olar. Partiya şurası bu qərara gəlib ki, terrorizmlə bağlı və terror üçün münasib olan əyşa daşımaqda şübhəli bilinən kəslərinin həbs cəzası 10 ildən 15 ilə qaldırılsın.

Yeni qanuna əsasən terrorizmin dərdinə və terror üçün faydalı ola biləcək hər növ informasiya və ya əşyanın toplanılması və saxlanılması terror cinayəti sayılacaq.

Bu qanun ilk baxışda kiməsə məntiqi görünə bilər. Amma bir az dərinə getsək, görərik ki, bir çox əşyanın adını "terror üçün uyğun və münasib"dir qoymaq və bu bəhanə ilə istənilən sivil müsəlman vətəndaşı həbs etmək olar.

Məsələn qəzetdə məqalə yazmaq istəyən və ya terrorizm barədə kitab yazmaq istəyən yazarı bu cür informasiyaları topladığı üçün çox asan şəkildə şərləyərək həbs etmək olar.

Qanunda təkcə bu əşyaların saxlanılması və toplanılması göstərilir. Halbuki bu informasiya və əşyaların toplanılması terrorla heç bir əlaqəsi olmayan başqa məqsədlər üçün də ola bilər.

Buna görə də bəzi Avropa ölkələrinin, o cümlədən Fransanın müsəlmanları bu cür qanunların qəbul edilməsindən çox narahat və nigaran olduqlarını bildiriblər. Çünki bu qanuna görə milli təhlükəsizliyi qorumaq adına müsəlmanların dini azadlıq hüquqları çox açıq şəkildə pozulur. Fransa qanunları polisə icarə verir ki, şübhələndikləri hər evə hücum etsinlər, məhkəmənin hökmü olmadan insanları həbs etsinlər və ya məscidin qapısını bağlasınlar.

Beynəlxalq Əfv Təşkilatı da bu barədə nigaran olduğunu bildirərək elan edib ki, müsəlmanlar çox sadə şəkildə ittiham olunurlar, radikallara görə bütün müsəlmanlara hücum edilir. Bu isə radikalizmi gücləndirir, ictimai asayişi qorumaq yerinə pozur, insanlarda nifrət və təəssübkeşliyi çoxaldır. Anti-Terror qanunları bütün Avropada müsəlmanlara qarşı ayrı-seçkiliyə səbəb olmuş və müsəlman miqrantlar arasında qorxu və nigarançılığı çoxaltmışdır.

captcha