IQNA

Dəməşqdən Amerikya; Suriyalı mühacirin incəsənət nostalgiyası

10:03 - October 23, 2017
Xəbər sayı: 3482297
Hafiz Məhəmməd ABŞ-da yaşayan suriyalı miqrantdır. O özünün və xalqının müharibəli həyat tradegiyası və faciəsini böyük incəsənət əsərləri yaradaraq Amerika muzeylərində sərgiləyir.
Dəməşqdən Amerikya; Suriyalı mühacirin incəsənət nostalgiyasıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hafiz Məhəmməd ABŞ-da yaşayan suriyalı miqrantdır.

Hafiz Məhəmməd 1984-cü ildə Dəməşqdə anadan olub. 2003-cü ildə ali təhsilini davam elətdirmək üçün Ayova universitetinə daxil olur. 11 sentyabr hadisələrindən sonra 2011-ci ilə qədər Suriyaya qayıda bilməyən Hafiz həmin il cəmi bir həftəliyə vətəni görə bilir. Müharibə başlayandan sonra Dubaya və daha sonra ordan yenə də Amerikaya qayıdır və təhsilini davam etdirir. Boş vaxtlarını universitetin memarlıq studiyasında keçirən Hafiz kiçik memarlıq modelləri düzəldir və vətən üçün darıxan qəlbini bunun məşğul etməyə çalışırdı.

Hafiz bir dəfə Suriyaya aid olan bir qutunun üstündə qədim bir binanın təsvirini görür və onun memarlıq modelini hazırlayır. Və elə bu işdən ilhamlanaraq başlayır öz vətənin vəziyyətini əks etdirən binaların kiçik modellərini düzəldir və sərgiləyir.

O, hazırda Amerika cəmiyyətində incəsənət adamı olaraq tanınmaqdadır və həmçinin "Pickard Chilton" mermarlıq şirkətinin dizaynerlik xidmətində memar olaraq çalışır.

Bundan əlavə o özünün və xalqının müharibəli həyat tradegiyasını və faciəsini böyük incəsənət əsərləri yaradaraq Amerika muzeylərində sərgiləyir.

Suriyalı incəsənətçi Hafiz Məhəmməd əvvəlcə daşları yonaraq memarlıq modelləri yaratmasını özünə bir məşğuliyyət hesab edirdisə, indi İslamofobiya ilə mübarizə aparmaq üçün bir məmuriyyət və məsuliyyət sayır.

Hafiz Məhəmməd öz incəsənət əsərlərində vətəni ilə İslamı Quran ayələrində tərənnüm edir və cilvələndirir.

Qeyd edək ki, Hafiz Məhəmməd öz incəsənət əsərlərini cari ilin Dekabr ayının 12-dən həftənin 3-cü günləri hər gün saat 18:00-dan 20:00-dək " Lach Singer" qalereyasında sərgiyə düzəcəkdir.


Dəməşqdən Amerikya; Suriyalı mühacirin incəsənət nostalgiyasıDəməşqdən Amerikya; Suriyalı mühacirin incəsənət nostalgiyasıDəməşqdən Amerikya; Suriyalı mühacirin incəsənət nostalgiyası


Dəməşqdən Amerikya; Suriyalı mühacirin incəsənət nostalgiyası


Dəməşqdən Amerikya; Suriyalı mühacirin incəsənət nostalgiyası


Dəməşqdən Amerikya; Suriyalı mühacirin incəsənət nostalgiyası


Dəməşqdən Amerikya; Suriyalı mühacirin incəsənət nostalgiyası

http://www.iqna.ir/fa/news/3650944


Teqlər: iqna ، hafiz məhəmməd ، suriya ، dəməşq ، abş ، sərgi
captcha