IQNA

Kanadanın "Darun-Nisa"sı müsəlman qadınların sığınacaq yeridir

9:43 - October 24, 2017
Xəbər sayı: 3482301
Kanadanın Antaryo əyalətinin cənubunda yerləşən Misisaqa şəhərində təsis edilən "Darun-Nisa" (Xanımlar Evi) bu regionun ehtiyaclı qadınları üçün xidmət servisləri təşkil edən ilk sığınacaqdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın Antaryo əyalətinin cənubunda yerləşən Misisaqa şəhərində təsis edilən "Darun-Nisa" (Xanımlar Evi) bu regionun ehtiyaclı qadınları üçün xidmət servisləri təşkil edən ilk sığınacaqdır.

"Xanımlar Evi" üç il öncə bu şəhərin "Milli Zəkat Fondu" tərəfindən təsis edilmişdir. "Milli Zəkat Fondu"nun təsis etdiyi bu təşkilatın digər filialı Kolumbiyanın Biritiş əyalətindədir və tezliklə digər bir şöbəsi də Antaryo əyalətinin Vinzer şəhərində açılacaqdır.

Bu müəssisədə hazırda 14 kimsəsiz qadın və onların uşaqları yaşayırlar. "Xanımlar Evi"nin proqram müdirinin dediyinə görə, buraya sığınan qadınların əksəriyyəti ailə və valideynlərindən ayrı düşmüş mühacirlərdirlər. Onların çoxunun psixoloji müşavirə və məsləhətlərə və həmçinin yaşamaq üçün yeni məkan tapmağa və ya yaşayış yerinin dəyişdirilməsinə ehtiyacları olur ki, bu da müəssisə tərəfindən həyata keçirilir.

http://www.iqna.ir/fa/news/3655569

خانه نساء در کانادا؛ پناهگاهی برای بانوان مسلمان نیازمند/ انگلیسی


Teqlər: iqna ، xanımlar evi ، darun-nisa ، kanada
captcha