IQNA

İki qardaş atalarının Quran əzbərləmək arzusunu həyata keçirdilər + Foto

10:00 - October 24, 2017
Xəbər sayı: 3482302
Fələstinin Qüds şəhərinin "Tur" rayonundan olan Yusif və İbrahim Əbu Ğənam qardaşları bir il altı ay müddətində bütün Qurani-Kərimi hifz etdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin Qüds şəhərinin "Tur" rayonundan olan Yusif (12 yaş) və İbrahim Əbu Ğənam qardaşları bir il altı ay müddətində bütün Qurani-Kərimi hifz etdilər.

Qüdsün "Zeyd ibn Sabit" Quran təlimi mərkəzində təhsil alan qardaşlar "Əl-Cəzirə" kanalına müsahibə verərkən onları bu işə atalarının təşviq etdiyini bildiriblər. Çünki atalarının ən böyük arzusu Quranı əzbərləməl olsa da, buna nail ola bilməmişdi. Buna görə də o övladlarını Quran təlimi mərkəzinə yazıdırır və hər gün özü şəxsən onları Quran mədrəsəsinə aparır.

Bu iki qardaş kiçik yaşlarında ikən Qurani-Kərimi öyrənməyə və əzbərləməyə başladılar. Və yorulmaz çalışqanlıqları nəticəsində bütün Quranı bir il altı ay ərzində əzbərləməyə nail oldular. Onlar arzu edir ki, Allah-Taala onların Qurana hazif olmaqlarına xatir Qiyamət günü ata və analarını Öz lütf və kərəminə qərq etsin.

Qardaşlar Quranı hifz etməkdə ataları Məcdi, anaları Liyna və 8 yaşlı bacıları Şəhd də dəstək olublar. Və bacıları Şəhd də Quranı əzbərləmək üçün çalışır.

Əbu Ğənam ailəsi evin kiçik oğlu 6 yaşlı Mustafanın da Quran hafizi olması üçün indidən proqram hazırlayıblar və ona hər gün Quran səsinə qulaq asdırırlar.

Valideynlər bildiriblər ki, övladlarının hafizə və istedadlarını qorumaq üçün onları mümkün qədər sosial şəbəkə və televizordan uzaq saxlayırlar.

http://www.iqna.ir/fa/news/3655722

دو برادری که آرزوی قرآنی پدر را برآورده کردند


دو برادری که آرزوی قرآنی پدر را برآورده کردند
Teqlər: quran hifzi ، iqna ، qüds ، fələstin
captcha