IQNA

Gələn ildən İslam dini İspaniya məktəblərində tədris ediləcək

11:02 - October 24, 2017
Xəbər sayı: 3482304
İspaniyanın təhsil nazirinliyinin yaydığı məlumata görə, neçə il öncədən müzakirə edilən "İslam dininin məktəblərdə tədirsi" layihəsi yeni ildən icra ediləcək.

Gələn ildən İslam dini İspaniya məktəblərində tədris ediləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İspaniyanın təhsil nazirinliyinin yaydığı məlumata görə, neçə il öncədən müzakirə edilən "İslam dininin məktəblərdə tədirsi" layihəsi yeni ildən icra ediləcək.

İspaniya elm və təhsil ocaqlarında İslam dininin tədris edilməsi məsələsi neçə illər idi ki, müzakirə edilirdi, bununla bağlı müsəlman cəmiyyətinin nümayəndələri və İspaniya dövlət rəsmiləri arasında görüş və danışıqlar baş tutmuşdu.

Keçən ilin (2016) mart ayında "İslam dininin məktəblərdə tədirsi" layihəsi İspaniyanın İslami komissiyasında tənzim edilmiş və təhsil naziri bu layihəni və dərs proqramını təsdiq etmişdi.

Bu layihənin icrası ilə bağlı İspaniya təhsil nazirliyi məlumat yayaraq bildirdi ki, ölkənin elm və təhsil ocaqlarında müsəlman şagird və tələbələrin çoxalmasını və müsəlmanlar ilə xristianlar arasında tanışlıq və dostluğun yaranmasını nəzərə alaraq yeni ildən İslam dini bütün elm və təhsil ocaqlarında tədris ediləcəkdir.

Qeyd edək ki, İspaniya dövləti və bu ölkənin İslami cəmiyyətləri arasında İslam dininin tədirsi barədə həmkarlıq danışıqları 25 il öncədən başlamışdı, amma dövlət Əndəlus, Araqon, Qənari adaları və Bask regionunda müsəlmanların çoxalmasının ardınca bu layihənin icrası ilə keçən il razılığa gəldi.

Son hesabata görə İspaniyada yeni müsəlmanların sayı 718 min 228 nəfəri keçib və 2015-ci il ilə müqayisədə müsəlmanların sayında 8.4 % çoxalma olub. Ümumiyyətlə isə İspaniyada 2 milyona yaxın müsəlman yaşayır ki, onların 41.2%-i yerli sakinlər və 58.2%-i isə mühacirlərdir.

http://www.iqna.ir/fa/news/3655756


captcha