IQNA

700 yaşı olan palçıqdan məscid

22:42 - December 04, 2017
Xəbər sayı: 3482468
14-cü əsrdə palçıqdan tikilən “Böyük Cənnə” məscidi öz sadəliyi və möhkəmliyi ilə əsirlərdir insanları heyran edir. “Böyük Cənnə” məscidində 50 min adam eyni vaxtda namaz qıla bilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 14-cü əsrə aid dünyanın palçıqdan tikilən ən böyük tikilisi olan “Böyük Cənnə” məscidi öz sadəliyi və möhkəmliyi ilə əsrlər boyu insanları heyran edib. 
Yüzdən çox sütun üzərində dayanan məscid ildə bir dəfə xalq tərəfindən palçıqla bərpa olunur. 
 
Malinin  “Djenne” şəhərində yerləşən məscid Afrikanın ən maraqlı memarlıq nümunələrindəndir. 
 
Şəhərin mərkəzində yerləşən məscid tarix boyu bir neçə dəfə dağıntılara məruz qalsa da 1907-ci ildə  bugünkü görkəmində  bərpa olunub. 
 
3 minarəsi, 4 əsas sütunu olan tikilinin eni 60 metrdir.  Məscidin daxilində və həyətində 50 min adam eni vaxtda ibadət edə bilər. /maide.az/




 
 
Teqlər: iqna ، məscid ، palçıq məscid
captcha