IQNA

Bakıda İranın həmkarlığı ilə "Rəhmət Peyğəmbəri" toplantısı keçirildi

23:04 - December 05, 2017
Xəbər sayı: 3482475
Həzrət Məhəmməd peyğəmbərin (s) səadətli mövlud günləri və "vəhdət həftəsi" münasibəti ilə Bakıda Qafqaz Müsəlmanları İdarəsi tərəfindən "Rəhmət Peyğəmbəri" toplantısı keçirildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının (İİR) İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəsmi xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Həzrət Məhəmməd peyğəmbərin (s) səadətli mövlud günləri və "vəhdət həftəsi" münasibəti ilə Bakıda QMİ (Qafqaz Müsəlmanları İdarəsi) tərəfindən və İİR-nın Azərbaycandakı Mədəniyyət Əlaqələri İdarəsinin həmkarlığı ilə "Rəhmət Peyğəmbəri" toplantısı keçirildi.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) konfrans zalında keçirilən bu toplantıda Azərbaycanın və İranın dini və siyasi şəxsiyyətləri və alimləri işitrak ediblər.

Toplantıda çıxış edən QMİ rəisi Allahşükür Paşazadə İslam dünyasında vəhdətin və birliyinin zərurətindən və bu mövzuda Quran maarifinə və Peyğəmbərin sünnəsinə söykənməyin lazım olmasından danışıb.

QMİ-nin sədri Şeyx Allahşükür Paşazadə çıxışında xəbər verib ki, cari ilin Dekabr ayının 21-də Hindistan, Türkiyə, İran, Ukrayn, Belarusiya, Rusiya ölkələrinin din alimlərinin və Azərbyacan prezidentinin iştirakı ilə keçiriləcək. Və bu toplantıda dünyanın müxtəlif ölkələrindən 200 qonaq iştirak edəcəkdir.

Toplantının davamında Hacı Salman Musayev (QMİ rəisinin müavini), Vasim Məmmədəliyev, Höccətul-İslam vəl-müslimin Ərdəbili və bir sıra alimlər çıxış ediblər.    

http://iqna.ir/fa/news/3669745

captcha