IQNA

İsrail rejimi Fələstinli xəstələrin müalicəsi üçün maneə yaradır

9:29 - December 12, 2017
Xəbər sayı: 3482496
Sionist İsrail rejimi Fələstinli xəstələrin müalicəsi üçün maneə yaradır və İşğalçı rejim indiyədək 9 min 101 fələstinli xəstənin Qəzzadan kənarda müalicəsinə mane olub.

İsrail rejimi Fələstinli xəstələrin müalicəsi üçün maneə yaradırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstin İnsan Haqları  Mərkəzinin yaydığı hesabatda işğalçı İsrail rejiminin  9 min 101 fələstinli xəstənin Qəzzadan kənarda müalicə almasına mane olduğunu açıqlanıb. 

 
Cari ilin əvvəlindən indiyədək müalicə üçün Qüds, Qərbi Şəriyə və sionist rejim xəstəxanalarına göndərilən 9 min 101 fələstinli xəstənin Qəzzadan çıxışına maneələr yaradılıb.
 
Bu rəqəmin Qəzzalı xəstələrin 46,5 faizini təşkil etdiyini açıqlayan təşkilat, işğalçı İsrail rejiminin 2008-2016-cı illər ərzində təxminən 29 min fələstinli xəstənin Qəzza zolağından müalicə üçün çıxmasına  maneə törədildiyi bildirib.
 
Hesabatda xəstələrin ehtiyacı olan müalicəni ala bilməsinin beynəlxalq qanunlara görə, hüquq pozuntusu olduğu, Qəzza  zolağından müalicə üçün çıxan xəstələrin də İsrail tərəfindən gündəlik  təzyiqlərə məruz qaldığı vurğulanıb. 
 
Qeyd edək ki,  2 milyona yaxın  fələstinlinin yaşadığı Qəzza zolağı 2007-ci ildən indiyədək  sionist İsrail rejiminin mühasirəsində  saxlanılır. /maide.az/
Teqlər: iqna ، fələstin ، qüds
captcha