IQNA

Bibiheybət dünyanın ən gözəl məscidlərinin sırasında (FOTO)

22:50 - December 17, 2017
Xəbər sayı: 3482519
Amerikanın məşhur memarlıq jurnalı "Architectural Digest" dünyanın ən gözəl məscidlərinin sırasında Azərbaycanın paytaxtı Bakının cənub girişində yerləşən Bibiheybət məscidini xüsusi vurğulayıb.

Bibiheybət dünyanın ən gözəl məscidlərinin sırasında (FOTO)İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "trend"ə istinadla verdiyi xəbərə görə, Amerikanın məşhur memarlıq jurnalı "Architectural Digest" dünyanın ən gözəl məscidlərinin sırasında Azərbaycanın paytaxtı Bakının cənub girişində yerləşən Bibiheybət məscidini xüsusi vurğulayıb. 
Amerikanın məşhur memarlıq jurnalı "Architectural Digest" dünyanın ən gözəl memarlıq nümunələrindən olan məscidlər haqqında məqaləsini "Məscidlər: İslamın Gözəlliyi" kitabının əsasında hazırlayıb.
Azərbaycandan olan dizayner Leyla Uluxanlının müəllifi olan kitab İspaniyanın Kordoba məscidindən tutmuş İstambulun Səngəklər məscidinə qədər, dünyanın ən gözəl tarixi ibadət məkanları olan 53 məsciddən bəhs edir.


Məqalədə ecazkar məscidlər arasında Parisin Böyük Məscidi (Fransa), Şeyx Lütfullah Məscidi (İsfahan, İran), Qaraviyyin Məscidi (Fəs, Mərakeş), Qroznının ürəyi ( Əhməd Kadırov məscidi) (Çeçenistan), Şeyx Zayed məscidi kompleksinin (Abu Dabi, BƏƏ) adı çəkilir. 

Azərbaycanın paytaxtı Bakıda yerləşən Bibiheybət məscidi Həzrət İmam Kazimin qızı Həzrət Həkimənin müqəddəs məzarı üzərində Şirvanşahlar zamanında tikilib. Bu məscid 1936-cı ildə bolşeviklər tərəfindən dağıdıldı. 1990-cı illərdə isə məscid yenidən tikilməyə başladı və yeni tikili 1997-ci ildə tam istifadəyə verildi. 

http://iqna.ir/fa/news/3673365

مسجد «بی‌بی هیبت» در فهرست زیباترین مساجد جهان/ آماده

Teqlər: iqna ، bakı ، bibiheybət
captcha