IQNA

Misirdə "Səmavi dinlər qantökməyə və zorakılığa yox deyir" seminarı keçirildi

12:36 - January 10, 2018
Xəbər sayı: 3482623
Bu gün Misirdə "Səmavi dinlər qantökməyə və zorakılığa yox deyir" seminarı keçirilir. Seminarda Əl-Əzhər İslam Mərkəzinin alimləri çıxış edəcəklər.

Misirdə İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-misri əl-yəvm" xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, bu gün, 10 Yanvar 2018-ci il, Misirdə "Səmavi dinlər qantökməyə və zorakılığa yox deyir" seminarı keçirilir. Seminarda Əl-Əzhər İslam Mərkəzinin alimləri çıxış edəcəklər.

"Səmavi dinlər qantökməyə və zorakılığa yox deyir" seminarı Misir parlamentinin mərkəzi idarəsi və İdman və Turizm nazirliyinin həmkarlığı ilə keçirilir.

Seminarın hədəfi səmavi dinlərin zorakılıq, zülm, qantökmək və qətliam kimi mənfi hallara qarşı olmasını və İslam dininin sülh, dostluq, məhəbbət, mehribanlıq, etidal, orta yol və ədalətə əmr etməsini göstərməkdir.

Həmçinin bu bir günlük seminarda Qərb ölkələri kimi cəmiyyətlərdə səmavi dinlər barədə yaranmış mənfi zehniyyətə və yanlış məfhumlara aydınlıq gətiriləcək və şübhələrə cavab veriləcəkdir.

Qeyd edək ki, dünən də (9 Yanvar 2018-ci il) Misirdə xristian və müsəlman alimlərin iştirakı ilə "hamılıqla terror əleyhinə" adlı konfrans keçirilib.

http://iqna.ir/fa/news/3680725

captcha