IQNA

Beynəlxalq heyət Səudiyyə Ərəbistanın Hərəmeyn – Şərifeyni idarə etməsinə nəzarət edəcək

9:57 - January 11, 2018
Xəbər sayı: 3482628
Beynəlxalq heyət Səudiyyə Ərəbistanın Hərəmeyn – Şərifeyni idarə etməsinə nəzarət edəcək. Heyət müqəddəs məkanlardan siyasi məqsədlər üçün istifadə edilməsinin qarşısını almağa çalışacaq.

Beynəlxalq heyət Səudiyyə Ərəbistanın Hərəmeyn – Şərifeyni idarə etməsinə nəzarət edəcəkİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "maide.az" saytına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın "Hərəmeyn – Şərifeyn" və vəhy diyarındakı müqəddəs və tarixi məkanları necə idarə etməsinə nəzarət üzrə Malayziyada beynəlxalq bir heyət yaradılıb. Bu barədə“Əl Cəzirə” kanalı məlumat yayıb. 

Beynəlxalq heyət özünün ilk bəyanatında müqəddəs məkanlardan siyasi məqsədlər üçün istifadə edilməsinin qarşısını almağa çalışacağını bildirib. “Beynəlxalq Nəzarət Heyəti Məkkə və Mədinə şəhərlərinin İslam mahiyyətinin məhv edilməsinin qarşısını almaq üçün yollar tapmağa çalışacaq. Beynəlxalq heyət Səudiyyə Ərəbistanın zəvvarlar və hacıların sağlamlığına mənfi təsir göstərən birtərəfli rəftarlarını önləməyə, tutarlı səbəb olmadan müqəddəs məkanların qapılarının zəvvaraların üzünə bağlanılmasına mane olmağa xidmət edəcək.” 
Məlumata görə, beynəlxalq nəzarət heyətinin həmçinin Səudiyyə Ərəbistanın İslam ölkələri arsında həcc kvotalarının bölüşdürülməsində ədalətə riayət etməsindən və dini mərasimləri siyasiləşdirməməsindən əmin olmaq istiqamətində də tədbirlər görəcəyini bildirilib.
Nəzarət heyəti həmçinin son 100 ildə Səudiyyə Ərəbistanın müqəddəs məkanlardan öz siyasi məqsədləri üçün istifadə etməsi haqqında və baş vermiş qanun pozuntuları haqqında  araşdırmalar aparacaq və öz tövsiyyələrini verəcək.
captcha