IQNA

Qızılı Quran; İskəndəriyyə xəzinəsinin ən dəyərli nüsxəsi

10:15 - January 13, 2018
Xəbər sayı: 3482637
Misirin İskəndəriyyə şəhər kitabxanasının əlyazmalar xəzinəsində ən dəyərli və qiymətli əlyazma nüsxə “Qızılı Quran” adlanan və hicrətin 8-ci əsrində kitabət edilmiş Quran nüsxəsidir.

Qızılı Quran; İskəndəriyyə xəzinəsinin ən dəyərli nüsxəsiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misirin İskəndəriyyə şəhər kitabxanasının əlyazmalar xəzinəsində ən dəyərli və qiymətli əlyazma nüsxə “Qızılı Quran” adlanan və hicrətin 8-ci əsrində kitabət edilmiş Quran nüsxəsidir.

Məhəmməd Süleyman - Misirin İskəndəriyyə şəhər kitabxanasının mədəni əlaqələr bölməsinin məsulu, bu gözəl və qiymətli əlyazma nüsxə barədə dedi: Hicri- Qəməri tarixi ilə 8-ci əsrə aid olan (12 və 13 miladi) bu qiymətli nüsxə 2002-ci ildə bu kitabxanaya gətirilmişdir.

Misirin İskəndəriyyə şəhər kitabxanasının mədəni əlaqələr bölməsinin məsulu əlavə etdi: Müsəlmanlar arasında Qurani- Kərimin şəni və məqamını göstərən faktlardan biri də budur ki, müsəlmanlar bu müqəddəs kitabı müxtəlif dövrlərdə müxtəlif yazı vasitələrindən istifadə edərək kitabət etmişlər. Bu kitabət növlərindən biri də Qurani- Kərimin qızılı döymə və oyma ilə yazılması olmuşdur. Qədim dövrlərdə bu kitabət üslubu müsəlmanlar arasında geniş yayılmış bir metod olub. Və bu cür kitabət üslubunun tarixi 600 ildən yuxarıdır.  

Məhəmməd Süleyman vurğuladı: Kitabətdən əlavə Qurani- Kərimin səhifələrini təzyin etmək və bəzəmək üçün də qızıldan və qiymətli daşlardan istifadə edilirdi.

Misirin İskəndəriyyə şəhər kitabxanasının mədəni əlaqələr bölməsinin məsulu dedi: Bu kitabxananın əlyazmalar xəzinəsində saxlanılan nüsxələr İslam və müsəlmanların tarixi kimliyinin göstəricisidir.

Qeyd edək ki, Misirin İskəndəriyyə şəhərinin “İskəndəriyyə kitabxanası” qədim dövrün mühüm abidələrindən biri hesab edilir. Bu kitabxananın muzeyi 2002-ci ildə qədim və nadir əlyazma nüsxələrin qorunub saxlanılması üçün təsis edilmişdir.

http://iqna.ir/fa/news/3680962

captcha