IQNA

İraq Suriya məsələsinin müzakirə iclasında nəzarətçi kimi iştirak etmək istəyir

12:17 - January 14, 2018
Xəbər sayı: 3482642
Soçidə keçiriləcək Suriya məsələsinin müzakirəsi iclasında İraq dövləti də nəzarətçi kimi iştirak etmək istəyir. Bu barədə İraqın səfiri “Əş-Şərq əl-Ovsat” qəzeti ilə müsahibəsində bildirib.

İraq Suriya məsələsinin müzakirə iclasında nəzarətçi kimi iştirak etmək istəyirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın Soçi şəhərində Suriyanın vəziyyəti barədə keçiriləcək üçtərəfli görüşdə və Suriya məsələsinin müzakirəsi iclasında İraq dövləti də nəzarətçi kimi iştirak etmək istəyir.

Bu barədə İraqın səfiri “Əş-Şərq əl-Ovsat” qəzeti ilə müsahibəsində bildirib.

Heydər İzari – İraqın Suriyadakı səfiri, “Əş-Şərq əl-Ovsat” qəzeti ilə müsahibəsində İraqın Rusiyanın Soçi şəhərində Suriyanın vəziyyəti barədə keçiriləcək üçtərəfli görüşdə nəzarətçi tərəf kimi iştirak etməsinin zəruri olduğunu vurğulayaraq dedi: Suriyanın vəziyyəti qonşu dövlət olaraq İraqın daxili vəziyyətində birbaşa təsirlidir.

İraqın Suriyadakı səfiri müsahibəsinin davamında əlavə etdi: Suriyanın İŞİD ilə mübarizədə və terrorizmə qələbə çalmaq üçün İraqın təcrübəsindən istifadə etməsi zəruridir.

Bundan öncə də Misir və Çin Rusiyanın Soçi şəhərində Suriyanın vəziyyəti barədə keçiriləcək üçtərəfli görüşdə nəzarətçi tərəf kimi iştirak etmək istədiklərini bildirmişdilər.

Qeyd edək ki, cari ilin Yanvar ayının 29 və 30-da Rusiyanın Soçi şəhərində Suriyadakı savaşın dayandırılması və bu ölkənin vəziyyətinin müzakirə edilməsi üçün Türkiyə, Suriya və İran dövlətləri arasında üçtərəfli görüş keçiriləcəkdir.

http://iqna.ir/fa/news/3681344

Teqlər: iqna ، suriya ، soçi ، rusiya ، İraq ، iran ، misr ، çin
captcha