IQNA

Şeyx Zəkzaki iki ildən sonra media əhli ilə görüşdü

12:33 - January 14, 2018
Xəbər sayı: 3482643
Nigeriyanın İslmi Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkazaki iki il qanunsuz olaraq məhbus həyatı yaşadıqdan sonra ona dünən, 13 Yanvar 2018-ci il, media və “kiv” əhli ilə görüşə icazə verilib.

Şeyx Zəkzaki iki ildən sonra media əhli ilə görüşdüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriyanın İslmi Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkazaki iki il qanunsuz olaraq məhbus həyatı yaşadıqdan sonra ona dünən, 13 Yanvar 2018-ci il, media və “kiv” əhli ilə görüşə icazə verilib.

İki il öncə, 2015-ci ilin dekabr ayında həbs olunaraq ev dustağı saxlanılan Nigeriya İslam Hərakatının lideri Şeyx İbrahim Zəkzaki şənbə günü jurnalistlər qarşısına çıxıb. 

Boyununda sarğı taxtası, gözündə eynək və əlində əsa tutan Şeyx Zəkzakiyə paytaxt Abucanın xəstəxanalarının birində müayinə olunmasına icazə verilib.

Abucanın xəstəxanasında jurnalistlərlə görüşən Şeyx Zəkzaki onu himayə edən və dəstəkləyən xalqına öz təşəkkürünü bildirdikdən sonra dedi: Bundan öncə təkcə dövlətin təhlükəsizlik orqanlarının həkimləri məni müayinə edirdilər. Amma bu gün icazə verdilər ki, öz həkimim məni müayinə və müalicə etsin. Allahın lütfü və xalqın duaları ilə halım yaxşılaşmaq üzərədir.

Qeyd edək ki, son günlərdə Nigeriyanın müxtəlif şəhərlərində xalq Şeyxi dəstəkləmək üçün ardıcıl aksiyalar keçirmişdilər.

http://iqna.ir/fa/news/3681641

شیخ زکزاکی پس از ۲ سال در میان خبرنگاران حاضر شد

Teqlər: iqna ، nigeriya ، Şeyx zəkzaki ، abuca
captcha