IQNA

Banqladeşdə müsəlmanların illik böyük toplantısı

0:06 - January 15, 2018
Xəbər sayı: 3482645
Müsəlmanların “Pişva İctima” adlı böyük illik toplantısı keçən həftənin Cümə günü Banqladeşin paytaxtı Dakanın yaxınlığındakı “Turaq” çayının sahilində öz işinə başladı.

Banqladeşdə müsəlmanların illik böyük toplantısıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, müsəlmanların “Pişva İctima” adlı böyük illik toplantısı keçən həftənin Cümə günü Banqladeşin paytaxtı Dakanın yaxınlığındakı “Turaq” çayının sahilində öz işinə başladı.

HƏCC və ƏRBƏİN mərasimlərindən sonra müsəlmanların ikinci ən böyük toplantısı olan bu mərasimin ilk mərhələsi keçən həftənin Cümə günü, 12 Yanvar 2018-ci il, Sübh namazından sonra Turaq çayı sahilində keçirildi.

Sübh namazında müsəlman alimlərdən birinin çıxışı ilə davam edən mərasim Cümə namazı ilə tamamlandı. Cümə namazında minlərlə insan iştirak etdi. Mərasim Məğrib namazına qədər davam edib.

Müsəlmanların Banqladeşdə keçirilən 53-cü ən böyük toplantısının birinci mərhələsi dünən, keçən həftənin bazaar günü, 14 Yanvar 2018-ci il, İşa namazında başa çatıb.

Bu mərasimin ikinci mərhələsi cari həftədə, həftənin Cümə günü (19 Yanvar 2018) başlayacaq və Yanvar ayının 21-dək davam edəcəkdir.

Qeyd edək ki, dünyanın 79 ölkəsindən 4 min nəfər müsəlman bu mərasimdə iştirak etmək üçün özlərini Banqladeşə çatdırıblar. Hər il bu mərasimdə 5 milyonadək müsəlman iştirak edir.

Banqladeşin 144 milyonluq cəmiyyətinin 90 faizini müsəlmanlar təşkil edir.

http://iqna.ir/fa/news/3681348

 

captcha