IQNA

Mosulda təkfirçi sələfi terroristlər tərəfindən dağıdılmış məzarlar - FOTO

0:03 - January 20, 2018
Xəbər sayı: 3482670
İraqın Neynəva əyalətindəki qədim müqəddəs məzar və ziyarətgahların çoxu təkfirçi, sələfi, vəhabi və terrorist İŞİD ünsürlərinin hədəfinə tuş gələrək dağıdılıb.

Mosulda təkfirçi sələfi terroristlər tərəfindən dağıdılmış məzarlarİQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İraqın “əl-Hikmət” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İraqın Neynəva əyalətindəki qədim müqəddəs məzar və ziyarətgahların çoxu təkfirçi, sələfi, vəhabi və terrorist İŞİD ünsürlərinin hədəfinə tuş gələrək dağıdılıb.

Qəlb gözü kor olmuş və ruhu çirkinliklərə aludələşmiş vəhşi və radikal İŞİD terrorist təkfirçi qruplaşmasının dağıtdığı müqəddəs məzar və mərqədlərdən biri də şiələrin dördüncü məsum rəhbəri Həzrət İmam Zeynül-Abidin Əli ibn Hüseyn (ə)- ın qızı Həzrət Zeynəbi- Süğra xatundur.

Bundan əlavə İŞİD təkfirçi terroristləri İraqın Neynəva əyalətində yerləşən Sə`d ibn Əqilin məzarını Təlafərdə, Zakiruddin Əərəcin qəbrini Şenqalda, Həzrət Əli Əkbərin (ə) balalarının qəbrini, bəzi saleh insanlar, övliyalar və peyğəmbərlərin qəbirlərini dağıdıblar.  

İŞİD təkfirçi terrorist ünsürləri İraqın Neynəva əyalətinin Mosul şəhərini işğal edən kimi bu şəhərin qədim və tarixi binalarını, abidələrini və müqəddəs məkan və məzarlarını dağıdıblar. İraqın və həmçinin müsəlmanların keçmişini əks etdirən bu məkanların hamısının bu gün ağır iqtisadi xərclər ilə yenidən qurulmağa ehtiyacı vardır. Buna görə də İraq şiələrin Vəqflər idarəsi bu işi öz öhdəsinə götürmüşdür.

 http://iqna.ir/fa/news/3683347

مزارهای مقدس موصل که هدف تکفیری‌ها قرار گرفتند+ تصویر

مزارهای مقدس موصل که هدف تکفیری‌ها قرار گرفتند+ تصویر

مزارهای مقدس موصل که هدف تکفیری‌ها قرار گرفتند+ تصویر

مزارهای مقدس موصل که هدف تکفیری‌ها قرار گرفتند+ تصویر

captcha