IQNA

MOSSAD terror təşkilatını ifşa edən kitab çapdan çıxdı

9:19 - January 29, 2018
Xəbər sayı: 3482702
İsrail qəzeti “Yediot Aharonot”un informasiya əlaqələndiricisi Runen Berqman iddia edib ki, MOSSAD-ın məmurları ilə müsahibə edərək onların terror dastanları barədə bu kitabda yazıb.

MOSSAD terror təşkilatını ifşa edən kitab çapdan çıxdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsrail qəzeti “Yediot Aharonot”un (Yedioth Ahronoth) informasiya əlaqələndiricisi Runen Berqman iddia edib ki, MOSSAD-ın və “Şeyn Bet”in məmurlarını və İsrailin silahlı qoşunlarının məsullarından bəziləri ilə müsahibə edərək onların terror dastanları barədə kitab yazıb.

Runen Berqman iddia edir ki, “Qalx və əvvəl öldür” adlandırdığı bu kitabda İrsailin təhlükəsizlik orqanları, sialhlı qüvvələri, əks- kəşfiyyat idarəsi və Mossad tərəfindən törədilən və işağlçı sionist rejimi tərəfindən himayə olunan terror və qətl dastanlarını yazmışdır.

Bu kitabda “insanı bir ay ərzində öldürən zəhərli diş fırçaları”, “partlayıcı telefonlar”, “uzaqdan kontrol edilən bomba quraşdırılmış ehtiyat (zapas) təkərlər”, “silahla təchiz edilmiş pilotsuz təyyarələr”, “alimlərin terrorunun sifarişi”, “mühüm şəxsiyyətlərin fərdi həyatlarının sirlərinin kəşf edilməsi” və s… kimi terror və qətl metodları barədə sirlər bu kitabda yazılıb.

Müəllifin iddiasına görə, terrorçu İsrail rejimi keçən 70 il ərzində ən azı 2700 dəfə terror əməliyyatı həyata keçirmişdir ki, bu terrorların da icrası metodu kitabda qeyd edilmişdir. Həmçinin kitabda İsrailin müharibə vaxtı terrordan istifadəsi və İranın 6 nəfər nüvə enerjisi aliminin terros edilməsi də yer almışdır.

Bu kitab 1000 müsahibə və minlərlə sənəd əsasında 600 səhifədə çap və nəşr edilmişdir.

Kitabın müəllifi kitabın adını “Təlmud”dan götürdüyünü deyir: “Əgər kimsə sizi öldürməyə gəlirsə, qalxın və onu öldürün”.

http://iqna.ir/fa/news/3685932

Teqlər: iqna ، israil ، terror ، təlmud
captcha