IQNA

İraq parlamentinin deputatı İQNA ilə mühasibəsində dedi:
21:54 - January 29, 2018
Xəbər sayı: 3482703
İraqın parlamentinin üzvü İslam dünyasında qadınların ictimai hərəkatlarını zəif hesab edərək vurğuladı ki, İslami ölkələr səviyyəsində qadınların parlamentlər arası şəbəkəsini yaratmaq lazımdır.

İslam dünyasının bəzi ictimai hərəkatları zəifdirİraqın milli məclisinin deputatı və İraq parlamentinin xarici əlaqələr komisiyasının üzvü xanım İqbal Ədül-Hüseyn İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) ilə müsahibəsində İslam dünyasında qadınların ictimai hərəkatlarını zəif, qeyri-effektiv və təsirsiz hesab edərək vurğuladı ki, İslami ölkələr səviyyəsində qadınların parlamentlər arası şəbəkəsini yaratmaq lazımdır.

İraqın milli məclisinin deputatı dedi: Müsəlman qadınlar İslamın ilk əsirlərindən və minillər öncədə indiyədək müxtəlif ictimai sahələrdə mühüm, öncül və təsirli rola malik olublar. Bunun ən bariz nümunəsi Həzrət Zeynəbin (ə) AŞURA hadisəsində göstərdiyi mücahidət, rəşadət və şücaətdir. Belə ki, bütün müsəlman mütəfəkkirləri tarix boyu Həzrət Zeynəbin (s) zülm və sitəm qarşısında müqavimətindən danışıb və onun zalim Əməvi hakimiyyəti qarşısında onurlu duruşunu sitayiş edib, tərifləyiblər.

اسلام مانعی برای ایفای نقش زنان در جامعه نیست

İraq parlamentinin xarici əlaqələr komisiyasının üzvü müasir dövrdə qadınların siyasi və ictimai hərəkatlarına və fəaliyyətlərinə işarə edərək dedi: Hazırkı şəraitdə müsəlman qadınlar İslam dünyasında və Ərəb ölkələri parlamentlərində parlamentlər arasında komissiyalar və şəbəkələr yaradaraq İslam dünyasında və beynəlxalq meydanda öz mövqelərini möhkəmlətsinlər və ailə, uşaqlar, qadın hüquqlarının pozulması və digər müxtəlif problemlərdə sözlərini uca səslə deyə bilsinlər.

اسلام مانعی برای ایفای نقش زنان در جامعه نیست

Xanım İqbal Ədül-Hüseyn sözünün davamında dedi: İslami ölkələrdə indiyədək müxtəlif sahələrdə qadınların işləri barədə bir sıra addımlar atılıb, amma yenə də qadınların ictimai hərəkat və fəaliyyətləri zəifdir. Bununla belə zaman keçdikcə qadınların siyasi və ictimai sahələrdə daha da yaxından və təsirli iştirakına ümidvaram.

اسلام مانعی برای ایفای نقش زنان در جامعه نیست

İraqın milli məclisinin deputatı və İraq parlamentinin xarici əlaqələr komisiyasının üzvü xanım İqbal Ədül-Hüseyn müsahibəsinin davamında İraqda qadınların siyasi və ictimai fəaliyyətlərinin inkişafından və Səddam rejiminin süqutundan sonra milli məclisdə deputat kürsülərinin 25 faizinin, yəni dörddən birinin qadınlara verilməsindən danışaraq vurğuladı: İslami ölkələr və Ərəb dövlətləri İraqda qadınlar üçün yaranmış fəzadan nümunə götürə bilərlər. Hazırda bir çox Ərəb dövlətləri və müsəlman ölkələrində ən mühüm vəzifələr kişilərin ixtiyarındadır və parlament seçkilərində də daha çox kişilərin namizədliyi irəli sürülür. Buna görə də İraqda belə bir qanun qəbul olundu ki, kürsülərin dörddən biri xanımların olsun və xanımlar da ölkənin siyasi və ictimai işlərində daha gözəçarpacaq bir rola və təsirə malik olsunlar. Bunun nəticəsində də İraq parlamentinin deputat kürsüləri üçün qadınlar da kişilər ilə rəqabətə girirlər.  

اسلام مانعی برای ایفای نقش زنان در جامعه نیست

İraq parlamentinin xarici əlaqələr komisiyasının üzvü bəzən xanımların ictimai fəaliyyətlərinə kişilərin mühafizəkar yanaşmasına işarə edərək Həzrət Fatimənin (s) və Xanım Zeynəbin (s) siyasi və ictimai məsələlərdə fəaliyyətlərindən və bunun effektiv təsirindən danışdı və vurğuladı: İslam dini ictimai məsuliyyətləri xanımlara qadağan etməyib.   

http://iqna.ir/fa/news/3685768

 

 

 

Ad:
E-poçt:
* Comment: