IQNA

Helsinki universiteti təşkil edir:

Finlandiyada “Quran və İslami sünnənin müqayisəvi araşdırmaları” konfransı

22:36 - January 29, 2018
Xəbər sayı: 3482704
“Quran və İslami sünnənin müqayisəli araşdırmlarının perspektivi” konfransı cari ilin yay aylarında Finlandiyanın paytaxtı Helsinkinin universitetində keçiriləcək.

Finlandiyada “Quran və İslami sünnənin müqayisəvi araşdırmaları” konfransıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “clisel.com” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, “Quran və İslami sünnənin müqayisəli araşdırmlarının perspektivi” konfransı cari ilin yay aylarında Finlandiyanın paytaxtı Helsinkinin universitetində keçiriləcək.

Cari ilin (2018) İyul ayının 30-da başlayaraq Avqust ayının 3-dək davam edəcək bu konfransda əsas mövzu Qurani- Kərimin və İslami sünnətlərin qərb ölkələrində geniş şəkildə yayılmasının araşdırılmasıdır ki, bunun fonunda qərb ölkələrində yaşayan qeyri- müsəlman təkallahlıların da dini və mədəni tarixi müzakirə ediləcəkdir.

Həmçinin bu konfransda İslam dininin yəhudilik, məsihilik (xristianlıq, xaçpərəstlik) və “müqəddəs kitab”ın elmi və mədəni irsi ilə dərin və yaxın əlaqələri də müzakirə ediləcək əsas mövzulardan olacaqdır.

Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək “Quran və İslami sünnənin müqayisəli araşdırmlarının perspektivi” konfransında iştirak etmək istəyənlər məqalələlərini Fevral ayının 18-dək Helsinki universitetinə göndərə bilərlər.

Helsinki universiteti Finlandiyanın ən böyük və əhəmiyyətli təhsil ocaqlarından biridir ki, 1640-cı ildə Turku şəhərində təsis edildi və 1829-cu ildə isə indiki Helsinki şəhərinə köçürüldü. Dünyanın ən yaxşı universitetləri siyahınsa 73-cü yerdə olan bu universitetin hazırda 67 min tələbəsi vardır.

http://iqna.ir/fa/news/3686058

captcha