IQNA

Fransanın Bordaks şəhər məscidinə hücum edilib

0:33 - January 31, 2018
Xəbər sayı: 3482712
Bir qrup anonim şəxs Fransanın “Bordeaux” şəhər məscidinə islamofob zəmində hücum edərək məscidin divarlarına təhdidamiz və təhqiramiz sözlər yazıblar.

Fransanın Bordaks şəhər məscidinə hücum edilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin birinci günü, 29 Yanvar 2018-ci il, bir qrup anonim şəxs Fransanın “Bordeaux” şəhər məscidinə islamofob zəmində hücum edərək məscidin divarlarına təhdidamiz və təhqiramiz sözlər yazıblar.

Məscidin mədəni birliyinin rəisi Əmrə Durmuş bu barədə dedi: Anonim hücumçular keçən həftinin bazar gününün axşamı, 28 Yanvar 2018- ci il, Türkiyənin fəhlələr partiyasının (PKK) adını və “biz yenə də qayıdacayıq” təhdidamiz ifadəsini məscidin divarına yazmışdılar.

O əlavə etdi: Bundan iki il öncə də bu şəhərin digər məscidinə hücum edilmiş və bu terrorçu qruplaşmanın adını məscidin divarına yazmışdılar.

Qeyd edək ki, son aylarda belə oxşar hücumlar Almaniya və Hollandiyada da məscidlərə qarşı həyata keçirilib.  

http://iqna.ir/fa/news/3686602

captcha