IQNA

Mərakeşli sənətçi Qurani-Kərimi dəri üzərində özünəməxsus və analoqsuz üslubla yazdı

0:46 - January 31, 2018
Xəbər sayı: 3482713
Mərakeşli əlil Ömər Hadinin 60 yaşı var. O, Qurani- Kərimi xüsusi bir yenilik, analoqsuz və yüksək yaradıcı zövqlə dəri üzərinə yazmışdır.

Mərakeşli sənətçinin Quranı dəri üzərində yazma yaradıcılığıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mərakeşli əlil Ömər Hadinin 60 yaşı var. O, Qurani- Kərimi xüsusi bir yenilik, analoqsuz və yüksək yaradıcı zövqlə dəri üzərinə yazmışdır.

Bu mərakeşli şikəst və əlil peşəkar sənətçi Qurani- Kərimi dəri üzərinə 2015-ci ildə yazmağa başlayıb. Öz əsərlərinin sərgi yeri olan kiçik otaqda bu işi üç il ərzində yekunlaşdıra bilmişdir.

Ömər Hadi Mərakeşin paytaxtı Ribatın şimalında yerləşən Qənitrə şəhərinin sakinidir və cavanlığında bu peşəni heç bir ustadın yanında şagirdlik etmədən öyrənmişdir.

Onun yazdığı bu Quran nüsxəsini dörd nəfər Quran hafizi dəqiq yoxlayıb və kitabətində heç bir xəta olmadığını təsdiq ediblər.

Səhifələri qızılı xətlə və naxışlarla bəzədilmiş, ağac, dəri və misin qatışığından incəliklə yaradılmış bu Quran nüsxəsi 565 səhifədir və çəkisi 100 kiloqramdır. Səhifələrin hər biri 55x36 sm. ölçüdədir.

Ömər Hadinin arzusu onun yaratdığı gözəl incəsənət əsərinin Kəbə evinə hədiyyə edilməsi və bu müqəddəs məkanda saxlanılmasıdır.

http://iqna.ir/fa/news/3686649

Mərakeşli sənətçinin Quranı dəri üzərində yazma yaradıcılığıMərakeşli sənətçinin Quranı dəri üzərində yazma yaradıcılığıMərakeşli sənətçinin Quranı dəri üzərində yazma yaradıcılığıMərakeşli sənətçinin Quranı dəri üzərində yazma yaradıcılığı  

Teqlər: iqna ، mərakeş ، quran ، dəri ، incəsənət ، nüsxə
captcha