IQNA

Quranın Alman və Avropa dillərinə tərcüməsi-7

Türkcə İncil, yoxsa, Qurani- Kərim; şəxsi yanaşma və qərəzli bir tərcümə

1:16 - January 31, 2018
Xəbər sayı: 3482714
Qurani- Kərim ilk dəfə Ərəb dilindən birbaşa Alman dilinə protestant xristian ilahiyyatçısı “Deyvid Fridrix Meqerlin” (David Friedrich Megerlin) tərcümə etmişdir.

Türkcə İncil, yoxsa, Qurani- Kərim; şəxsi yanaşma və qərəzli bir tərcüməİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Alman və Avropada İslam” teleqram kanalına istinadla verdiyi xəbərə görə, Qurani- Kərim ilk dəfə Ərəb dilindən birbaşa Alman dilinə protestant xristian ilahiyyatçısı “Deyvid Fridrix Meqerlin” (David Friedrich Megerlin) tərcümə etmişdir. Bundan öncə isə Qurani- Kərimin Alman dilinə bütün tərcümələri digər dillərindən, o cümlədən İngilis və Latın dillərindən bəzən bir, bəzən iki və bəzən də üç vasitə ilə tərcümə edilirdi.

Protestant xristian ilahiyyatçısı “Deyvid Fridrix Meqerlin”in (David Friedrich Megerlin) Qurani- Kərimin tərcüməsinin cild qabağına belə yazılıb: “Die türkische Bibel, oder der Koran” – “Qurani- Kərim, yoxsa, Türkcə İncil”.

Tərcümə birbaşa Ərəbcə mətndən edilsə də tərcüməyə verilmiş ad açıqcasına göstərir ki, mütərcim Qurana şəxsi qərəz, xüsusi düşmənçilik və mənfi niyyətlə yanaşıb.

“Deyvid Fridrix Meqerlin”in (David Friedrich Megerlin) öz niyyətini Qurani- Kərimin tərcüməsinə yazdığı giriş sözündə ikən ifadə edir və deyir ki, “İslam peyğəmbəri yalançıdır. Çünki o, həzrət Məsihin (ə) nicatverici olmasını, müqəddəs üçlüyü və xristianlığın bir neçə prinsipini qəbul etmir”.

Meqerlin Quranı tərcümə etməkdə hədəfinin bu yalanlara və yalançı dinə son vermək olduğunu deyir.  

Bu tərcümənin yoxlanılması və tənqidi üçün bir nüsxəsini “Frankfurter Gelehrten Anzeigen” jurnalına göndərirlər. Mövcud tarixi faktlara görə bu tərcüməni məşhur Alman ədəbiyyatçısı Göte tənqid edir ki, həmin zaman onun 23 yaşı olur.

Almaniyalı yazar Suzan Şuruter “Allah şax damardan daha yaxındır; Almaniyada müsəlman möminlər” (Gott näher als der eigenen Halsschlagader: Fromme Muslime in Deutschland) adlı kitabında da işarə edir ki, Göte bu tərcüməni tənqid edərkən öz yazısını “qərəzli yazılmış əsər” adı ilə yazır.

“Deyvid Fridrix Meqerlin”in (David Friedrich Megerlin) tərcüməsi ilk dəfə 1772-ci ildə Franfurkt şəhərində çap və nəşr edilmişdir.

http://iqna.ir/fa/news/3686376

Türkcə İncil, yoxsa, Qurani- Kərim; şəxsi yanaşma və qərəzli bir tərcümə

Quranın QƏDR surəsinin (97-ci surə) “Deyvid Fridrix Meqerlin”in (David Friedrich Megerlin) tərcüməsindən şəkili

Türkcə İncil, yoxsa, Qurani- Kərim; şəxsi yanaşma və qərəzli bir tərcümə

captcha