IQNA

İslam dünyası “QƏLBİNUR”larının beynəlxalq Quran yarışları keçiriləcək

0:23 - February 01, 2018
Xəbər sayı: 3482715
İslam dünyası “QƏLBİNUR”larının 3-cü beynəlxalq Quran yarışlarına iştirakçıların dəvəti başlamışdır. Bu yarışlar hər il olduğu kimi İİR-nın beynəlxalq Quran yarışları ilə eyni zamanda keçiriləcəkdir.

İslam dünyası “QƏLBİNUR”larının beynəlxalq Quran yarışları keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin yazında İran İslam Respublikasında keçiriləcək İslam dünyası “QƏLBİNUR”larının (görmə qüsuru olanların, korların) 3-cü beynəlxalq Qurani- Kərim yarışlarında iştirak etmək üçün yarışçıların dəvəti başlamışdır.

Bu yarışlar hər il olduğu kimi İran İslam Respubliasının beynəlxalq Quran yarışları ilə eyni zamanda keçiriləcəkdir.

İran İslam Respubliasının beynəlxalq Quran yarışları 2018- ci ilin Aprel ayının 20-dən 30-dək keçiriləcəkdir.

İslam dünyası “QƏLBİNUR”larının (görmək qüsuru olanların) 3-cü beynəlxalq Qurani- Kərim yarışlarında iştirak etmək üçün təyin olunan şərtlərdən biri də budur ki, hansı ölkə tərəfindən ezam edilibsə, həmin ölkənin vətəndaşı olmalıdır və həmçinin İranda keçirilən keçən illərdəki yarışlarda iştirak edənlərdən olmamalıdır.

Yarışlarda iştirak edənlərin yaşı 18-dən 45-ə qədər ola bilər. Bundan əlavə iştirakçı Qurani- Kərimi təcvid və “sou- ləhn” qiraət qaydalrı ilə tilavət etməyi bacarmalıdır.

İran İslam Respublikası Quran yarışlarının keçirilməsi komitəsi yarışda iştirak edən “qəlbinur”ların təkcə özünün və bir nəfər də həmin “qəlbinur”u müşayət edənin viza, bilet və hotel xərclərini öz üzərinə götürmüşdür.

Yarışlarda iştirak etmək istəyərənlər qeydiyyatdan keçmək üçün paspotrun birinci səhifəsinin surəti, iki ədəd foto və qeydiyyat blankını doldurub göndərməlidir.

Quran yarışlarında iştirak etmək istəyənlərin qeydiyyatdan keçmək üçün Mart ayının 7-dək (18 Cəmadis-Sani 1439 hq) vaxtları vardır.

Yarışlarda iştirak etmək istəyənlər və qaydalarla daha yaxından tanış olmaq istəyənlər aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər.

Yarışların nizamnaməsi və keçirilmə şərtləri ilə tanış olmaq və iştirak şərtlərini oxumaq üçün qarşıdakı Fars, Ərəb və İngilis dilində izah edən linkə KEÇİN.

http://iqna.ir/files/fa/news/1396/11/11/780338_768.pdf

www.quraniran.ir 

Telefon: +989223784093

Faks: +9892164872627

E-Mail: awqafiran@yahoo.com

Telegram: @awqafiran

Watsapp: +989223784093

http://www.iqna.ir/fa/news/3683142

 

 

 

 

captcha