IQNA

Əl-Əzhər alimlərin Qurani əsərlərinin Qahirədə sərgisi keçirilir

0:44 - February 01, 2018
Xəbər sayı: 3482716
Misirin paytaxtı Qahirə şəhərində keçirilən 49-cu beynəlxalq kitab sərgisində Əl-Əzhər İslam Mərkəzi alimlərinin Quran barədə yazdıqları əsərlər də sərgilənir.

Əl-Əzhər alimlərin Qurani əsərlərinin Qahirədə sərgisi keçirilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misirin paytaxtı Qahirə şəhərində keçirilən 49-cu beynəlxalq kitab sərgisində Əl-Əzhər İslam Mərkəzi alimlərinin Quran barədə yazdıqları əsərlər də sərgilənir.

Bu sərigdə nümayiş olunan kitablardan biri də Əl-Əzhərin böyük alimlərindən olan Məhəmməd Fərid Vəcdinin “İslamın dünyada məmuriyyəti” adlı əsərdir. O çalışıb ki, bu kitabda İslamın dünyadakı misyasını İslam antropoloji əsasları, dinin elmə dəvəti, İslamın sülh və dostluğa dəvəti, İslami sülhün cəmiyyətin möhkəmləşməsində təsiri və İslami fiqh və yerin abadlaşdırılması kimi məsələlər əsasında izah etsin.

Bu sərgidə nümayiş olunan digər kitab Əl-Əzhərin şeyxi Əhməd Təyyibin yazdığı “İslamın əsasları” adlı əsərdir ki, 11 dildə tərcümə edilmişdir.

Sərgidə həmçinin əl-Əzhərin keçmiş rəhbəri Şeyx Mahmud Şəltutun “Qurandan dərslər”, “Quran və cihad”, “İslam, əqidə və şəriət” və “Quranın cəmiyyət yaratma metodları”, mirisli mütəfəkkir Məhəmməd Mustafa Mərağinin “Quranın tərcüməsi barədə araşdırma” və Mustafa Əbdürrəzzaqın “din, vəhy və İslam” adlı əsərləri nümayişə qoyulub.  

Qeyd edək ki, bununla ikinci dəfədir ki, Əl-Əzhər İslam Mərkəzi radikalizmlə mübarizə və sülh əsasında yaşam tərzini təbliğ etmək üçün öz əsərlərini sərgiyə çıxarır.  

http://iqna.ir/fa/news/3687251

«مأموریت اسلام در جهان» در نمایشگاه قاهره

Teqlər: iqna ، kitab ، sərgi ، quran
captcha