IQNA

Çinin 700 illik məscidinin divarlarında Quran xəttatlığı

14:21 - February 01, 2018
Xəbər sayı: 3482718
Divarlarına Qurani- Kərimin bütün ayələri hüsnxətt ilə xəttatlıq edilmiş Çinin “Şianşi” əyalətinin böyük məscidi müsəlmanlar və bu ölkənin dinlər tarixi üçün şərəfli miras və iftixarlı irsdir.

Çinin 700 illik məscidinin divarlarında Quran xəttatlığıİQNA-nın (Beynəlxalq Quran Xəbrə Agentliyi) divarlarına Qurani- Kərimin bütün ayələri hüsnxətt ilə xəttatlıq edilmiş Çinin “Şianşi” əyalətinin böyük məscidi müsəlmanlar və bu ölkənin dinlər tarixi üçün şərəfli miras və iftixarlı mədəni irsdir.

Divarlarına Qurani- Kərimin bütün ayələri hüsnxətt ilə xəttatlıq edilmiş “Şian” böyük məscidi Çinin “Şianşi” əyalətində yerləşir. Məscid 700 il öncə Ming sülaləsinin imperatorluğu zamanı tikildi və Çing sülaləsinin imperatorluğu zamanında isə təkmilləşdirildi.

“Şian” məscidi İslami hünsxəttinin və İslam incəsənətinin nadir və zərif incilərindəndir və müsəlmanların əzəmətli keçmişinin tərənnümüdür.

Bu məscidin divarlarına “nəstəliq” hüsnxətti ilə yazılmış Quran ayələri məscidin tikintisindən çox illər sonra Çing sülaləsinin imperatorluğu dövründə həkk edilmişdir.

Quran ayələri yazılmış parlaq lövhələr məscidin gözəlləyini daha da kamilləşdirib və dünyanın hər yerindən möminlər bu məscidin ziyarətinə gəlirlər.

Şianşi dövləti bu məscidi 1995-ci ildə ölkənin tarixi və mədəni abidəsi olaraq qeydiyyata alaraq öz himayəsinə götürdü. 1988-ci ildən isə bu qədimi məscid Çin dövlətinin mühüm mədəni və tarixi məkanları siyahısına salınaraq mərkəzi dövlətin himayəsində olub.

Bu məscid hazırda Çin müsəlmanları tərəfindən namaz qılmaq və dini mərasimlər üçün istifadə edilir.   

http://iqna.ir/fa/news/3687080

مسجد 700 با دیوارهایی منقش به آیات قرآن در چین + عکس

 مسجد 700 با دیوارهایی منقش به آیات قرآن در چین + عکس

مسجد 700 با دیوارهایی منقش به آیات قرآن در چین + عکس

مسجد 700 با دیوارهایی منقش به آیات قرآن در چین + عکس /انگلیسی

Teqlər: iqna ، çin ، məscid ، şianşi
captcha