IQNA

Azərbaycan İlahiyyat İnstitutu yaradılıb

8:41 - February 10, 2018
1
Xəbər sayı: 3482760
Prezident İlham Əliyev İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratmaq tapşırılıb.

Azərbaycan İlahiyyat İnstitutu yaradılıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratmaq tapşırılıb. Təhsil Nazirliyi isə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin edəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə həmçinin iki ay müddətində Azərbaycan İlahiyyat İnstitutunun nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.

İnstitutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. /islamazeri/

Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
Ramil
0
0
Çox memnun olduq
captcha