IQNA

Livanlı hakim Həzrət Məryəmi (ə) təhqir edənlərə təəccüblü hökm oxudu

1:08 - February 12, 2018
Xəbər sayı: 3482773
Həzrət Məryəmi (ə) təhqir edən üç cavan barəsində Livanlı hakimin qərarı hamını təəccübləndirib. O, xanım Məryəmi (ə) təhqir edənləri həbs etmək əvəzinə Qurani- Kərimi hifz etməyə məhkum edib.

Livanlı hakim Həzrət Məryəmi (ə) təhqir edənlərə təəccüblü hökm oxuduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət İsa Məsihin (ə) anası Həzrət Məryəmi (ə) təhqir edən üç cavan barəsində Livanlı hakimin analoqsuz qərarı hamını təəccübləndirib. Belə ki, o, xanım Məryəmi (ə) təhqir edənləri həbs etmək əvəzinə Qurani- Kərimi hifz etməyə məhkum edib.

Livanın xristian dinindən olan məhkəmə hakimi xanım Cuslin Mətanın bu cinayətkarla barədə çıxardığı hökmə görə, Həzrət Məryəmi (ə) təhqir edən bu üç cavan Qurani- Kərimin Ali- İmran surəsinin həzrət İsa Məsih (ə) və həzrət Məryəm (ə) barədə olan ayələrini əzbərləməlidirlər. 

Cuslin Məta verdiyi qərarın barəsində açıqlama verərkən deyib: Həzrət Məryəmi (ə) təhqir edən cavanlar bilsinlər ki, dinlər arasındakı tolerantlıq və müsəlmanların Həzrət Məryəmə (ə) olan məhəbbəti radikalların bu cavanların beyinlərinə doldurduğu batil fikirlərə ziddir. Və cavanların da həbsdən azad olmaq üçün əzbərləyəcəkləri ayələr Həzrət Məryəm və Həzrət İsanın (ə) barəsindədir. 

Livanın xristian dinindən olan məhkəmə hakimi xanım Cuslin Mətanın bu addımı Livanın rəmsi məqamları tərəfindən alqışla qarşılanıb. Livanın prezidenti Səd Həriri bu barədə öz “tyuter” səhifəsində yazıb: “Bu hökm müsəlmanlar və məsihilər arasında müştərək məfhumların təlimi və ədalətin bərqərar olması üçün atılmış ən uğurlu addımdır”.

Livanın sabiq baş naziri Nəcib Miqati bu barədə deyib: “Mən hakim Cuslin Mətaya həbs cəzasının yerinə Quran ayələrini hifzini cəza kəsdiyi üçün salam göndərirəm. Yaşasın hakim Cuslin. Bu hökm islahatçı və dinlərarası tolerantlıq təlimləri barədə məhkəmə qanunlarında örnək kimi istifadə edilməlidir”.

http://iqna.ir/fa/news/3690596

Teqlər: iqna ، livan ، hakim ، məhkəmə ، quran hifzi ، məryəm
captcha