IQNA

Halle məscidində atışma;

Almaniya məscidləri və “islamofobiya” problemi

0:57 - February 13, 2018
Xəbər sayı: 3482777
Almaniyanın müsəlman cəmiyyəti və məscidləri hələ də çoxlu əzab və əziyyətə qatlaşmağı təcrübə edirlər və məscidlərin divarları arabir “islamofob”lar tərəfindən rənglə çirklənməyə məruz qalırlar.

Almaniya məscidləri və “islamofobiya” problemiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın müsəlman cəmiyyəti və məscidləri hələ də çoxlu əzab və əziyyətə qatlaşmağı təcrübə edirlər və məscidlərin divarları arabir “islamofob”lar tərəfindən rənglə çirklənməyə məruz qalırlar. Bəziləri bilərəkdən səs-küy yaradırlar ki, müsəlmanların namaz qılmaqlarına mane olsunlar. Hətta bəzən Cümə namazı zamanı da bir qrup radikal irqçi namazıqlanlara və ibadət edənlərə hücum ediblər.

İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Əlaqələri İdarəsinin “həftəlik bülleten”inin 358-ci sayında yazır ki, keçən bir neçə ay ərzində Almaniyanın məscidlərinə bir çox “islamofob” hücumlar baş vermişdir.

Almaniya Müsəlmanlarının Mərkəzi Şurasının məlumatına görə isə son dəfə anonim şəxslər “Halle”nin İslami Mədəniyyət Mərkəzinin məscidinə hücum edərək atəş açmışdılar. Bu hücumda 34 yaşlı bir cavan qolundan yaralanmışdı. Bu cavan məscidə Alman dili kursunda iştirak etmək üçün getmişdi və məsciddən çıxarkən güllə yarası almışdı.

“Halle”nin İslami Mədəniyyət Mərkəzi son illərdə dəfələrlə irqçilik və məzhəbçilik zəminində hücuma məruz qalmışdır. 2015-ci ildə bir kişi və iki qadın məscidin pəncərələrini sındırmışdılar. Onlar saçğı radikallar şüarlar səsləndirərək məscidə başqa zərər və ziyan da vurmuşdular.  

Bu hadisədən sonra Almaniya Müsəlmanlarının Mərkəzi Şurasının rəisi İman Mazik hadisə barədə bu ölkənin siyasçilərindən tələb edib ki, müsəlman vətəndaşların qorunması üçün əsaslı addımlar atsınlar.

Buna görə də Almaniya Müsəlmanlarının Mərkəzi Şurası “Saxony-Anhalt” (Zaksen Anhalt) əyalət dövlətindən tələb edib ki, müsəlman cəmiyyəti və məscidlər üçün təhlükəsizliyin qorunmasını təmin etsinlər.    

http://iqna.ir/fa/news/3691062

Teqlər: iqna ، almaniya ، islamofobiya ، radikalizm
captcha