IQNA

Hollandiyada İslam ensiklopediyasının 3-cü cildi çap və nəşr edildi

8:37 - February 15, 2018
Xəbər sayı: 3482790
Hollandiyanın Leyden şəhərinin Brill nəşriyyatı İslam ensiklopediyasının ikidilli kolleksiyasının 2018-ci il üçün nəzərdə tutulan üçüncü cildini çap və nəşr etdi.

Hollandiyada İslam ensiklopediyasının 3-cü cildi çap və nəşr edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hollandiyanın Leyden şəhərinin Brill nəşriyyatı İslam ensiklopediyasının ikidilli kolleksiyasının 2018-ci il üçün nəzərdə tutulan üçüncü cildini çap və nəşr etdi.

Hollandiyanın Bril nəşriyyatı Leyden İslam Ensiklopediyası məqalələr kolleksiyasını hər il iki dildə: Fransız və İngilis dillərində və iki formatda: online və çap formatlarında nəşr edir.

Bu ensiklopediyanın 3-cü dildi cari ildə çap edildi. Ensiklopediyanın üçüncü cildində 20-ci əsrdə bütün dünyada yaşayan müsəlman azlıqların barəsində və İslam dini haqqında ətraflı məlumat verilmişdir.

Leyden İslam Ensiklopediyasının bu cildində müxtəlif İslami mövzuları əhatə edən 65 məqalə çap edilmişdir ki, bu da İslami araşdırmalar sahəsində tədqiqatların çoxalmasını göstərir.

İslam ensiklopediyasını qərblilərin İslamşünaslıq çabasının səmərəsi hesab etmək olar. Başqa ibarə ilə desək, bu ensiklopediya qərblilərin 18 və 19-cu əsrlərdə şərqşünaslıq araşdırmalarının özləri üçün şərqin iqtisadi və mədəni zəminələrində mötəbər qaynağıdır.

“Bril” nəşriyyatı Hollandiyanın Leyden şəhərinin təhsil ocaqlarının elmi kitablarının nəşriyyatıdır. Bu nəşriyyat 1683-cü ildə təsis edilmişdir. Və o zamandan indiyədək müxtəlif sahələrdə nəfis və qiymətli kitablar çap və nəşr etmişdir.   

http://iqna.ir/fa/news/3691318

captcha