IQNA

Misrin beynəlxalq Quran yarışlarında 70 ölkə iştirak edəcək

1:10 - February 17, 2018
Xəbər sayı: 3482795
Misrin Vəqflər Nazirliyi bu ölkənin 25-ci beynəlxalq Qurani-Kərim yarışlarında dünyanın 70 ölkəsindən nümayəndə iştirak edəcəyini elan edib.

Misrin beynəlxalq Quran yarışlarında 70 ölkə iştirak edəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Vəqflər Nazirliyi bu ölkənin 25-ci beynəlxalq Qurani-Kərim yarışlarında dünyanın 70 ölkəsindən nümayəndə iştirak edəcəyini elan edib.

Əşrəf Fəhmi (Misrin İslami işlər və vəqflər nazirliyinin izləmə ofisinin meneceri) bu barədə dedi: Misrin 25-ci beynəlxalq Qurani-Kərim yarışlarında dünyanın müxtəlif ölkələrindən, İslam ölkələri, Şərqi Asiya ölkələri və Avropa ölkələri daxil olmaqla 70 ölkədən nümayəndə iştirak edəcək.

Misrin İslami işlər və vəqflər nazirliyinin izləmə ofisinin meneceri əlavə etdi: Misrin 25-ci beynəlxalq Qurani-Kərim yarışlarında iştirak edən qari və hafizlərin performansını dəyərlərndirmək və qiymətləndirmək üçün Ərəb ölkələrindən olan 10 nəfər hakim dəvət edilmişdir.   

Misrin 25-ci beynəlxalq Qurani- Kərim yarışları cari ilin Mart ayının 24-də öz işinə başlayacaq və 6 gün müddətində davam edəcəkdir. Bu yarışlarda iştirak edənlər Qurani- Kərimin hifzi, tərtil və qiraət ili oxunuşu və təfsir ixtisasları üzrə rəqabət aparacaqlar.

Bu yarışlar şərafətli Qüds şəhərinin şərəfinə və fələstinlilər ilə həmrəylik nümayiş elətdirmək üçün “Qüdsül-Ərəbi” şüarı ilə keçirilir.

http://iqna.ir/fa/news/3692000

Teqlər: iqna ، qüds ، quran ، yarış
captcha