IQNA

Dünya rəhmət Peyğəmbərinin dürdanəsinin əzasında

12:30 - February 20, 2018
Xəbər sayı: 3482810
İsmət və paklıq məktəbi olan Əhli-Beytin (ə) aşiqləri dünyanın hər yerində Ümmi-Əbihda Həzrət Fatiməyi-Zəhranın (s) şəhadət günü münasibəti ilə əzadardırlar.

Dünya rəhmət Peyğəmbərinin dürdanəsinin əzasındaİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, 20 fevral 2018-ci il, xanımlar xanımı Həzrət Zəhranın (s) şəhadət gününə (3 Cəmadi əs-Sani 11-ci hq) təsadüf etmişdir.

Bu gün yerlər və göylər bu matəmdə əzadardırlar. Bu gün həmin gündür ki, Zəhra (s) gedir və Əli (ə) tənha qalır. Bu gün o gündür ki, bundan sonra Əlinin (ə) həmdəmi və sözlərinin dinləyicisi, su quyuları olacaqdır. Bu gün o gündür ki, Zəhranın (s) qəmi Xeybər fatihinin belini əyəcəkdir. Bu gün o gündür ki, uşaqların ağlamağı və anam vay səsləri göylərə vəlvələ salacaqdır. Bu gün o gündür ki, Peyğəmbərin qızını itirmək, gecə və gizlin dəfn etmək və bütün bu qürbət qəmləri Əlinin (ə) qüssəsini neçə qat etmişdir.

Buna görə də bu gün bütün Əhli-Beyt (ə) aşiqləri dünyanın hər yerində Ümmi-Əbihda Həzrət Fatiməyi-Zəhranın (s) şəhadət günü münasibəti ilə əzadardırlar.

Bu gün şiələr əzadarlıq üçün dünyanın hər yerində Əliyə (ə) başsağlığı vermək üçün özlərini Nəcəfə çatdırıblar.

İraqın Nəcəf əyalətinin şura üzvü Züheyr Cəburi bildirib ki, bu gün 1 milyon 500 min nəfərdən çox zair özünü Nəcəf şəhərinə çatdırıb və İmam Əlinin (ə) hərəmində əzadarlıq ediblər.

Əzadarlar simvolik olaraq Həzrət Zəhranın (s) cənazəsini Nəcəfin “Səvrətul-İşrin” meydanından İmam Əlinin (ə) hərəminədək təşyii ediblər.

Şiələrin digər dəstəsi isə Kərbəlaya gedərək şəhidlər Ağası İmam Hüseynə (ə) anasının müsibətində başsağlığı veriblər.

Bu gün İraqın Samerra və Kazimeyn şəhərlərində imamların ziyarətgahlarında izdihamlı əzadarlıq məclisləri qurulub.

İraq şiələri qonaqları xüsusi qonaqpərvərlik və mehmannəvazlığ ilə qarşılayıblar. Onlar ziyarətçilərə xidmət etmək üçün 100-dən çox pulsuz yemək dayanacağı təşkil ediblər.  

http://iqna.ir/fa/news/3693303

Dünya rəhmət Peyğəmbərinin dürdanəsinin əzasındaDünya rəhmət Peyğəmbərinin dürdanəsinin əzasındaDünya rəhmət Peyğəmbərinin dürdanəsinin əzasındaDünya rəhmət Peyğəmbərinin dürdanəsinin əzasındaDünya rəhmət Peyğəmbərinin dürdanəsinin əzasında

Teqlər: iqna ، fatimə ، zəhra ، nəcəf ، kərbəla ، kazimeyn ، samerra
captcha