IQNA

Olimpiadada səyyar məscidlər planlaşdırılır

8:42 - February 21, 2018
Xəbər sayı: 3482812
2020-ci il Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarında səyyar məscidlərin hazırlanması nəzərdə tutulur.

Olimpiadada səyyar məscidlər planlaşdırılırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 2020-ci il Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarında səyyar məscidlərin hazırlanması nəzərdə tutulur.

Maide.Az "İQNA"ya istinadən xəbər verir ki, yarışın təşkilatçıları səyyar məscidləri stadionlar və təlim mərkəzlərində hazırlamağı planlaşdırır.
Bunu Olimpiada üçün baza infrastrukturunu hazırlayan şirkətin rəhbəri Yaşuharo İnoe təklif edib:
"Namaz qılmaq müsəlmanlar üçün əsas şərtdir. Bu fikri təklif etməyimin əsas məqsədi müsəlmanların ibadəti üçün rahat şərait yaratmaqdır".
İnoenin sözlərinə görə, məscidin ilk nümunəsi bu ilin sonunda hazır olacaq.
captcha