IQNA

Hindistanda “İslam, sülh dini” adlı konfrans keçirilib

0:06 - March 11, 2018
Xəbər sayı: 3482885
Təəssüflər olsun ki, bu gün terrorizm hər zamandakından daha çox inkişaf etmişdir. İnsanlıq ölmüşdür. Bəziləri üçün insan həyatının heç bir qiyməti yoxdur.

Hindistanda “İslam, sülh dini” adlı konfrans keçirilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın əhli-sünnə məzhəbindən olan müsəlmanlarının “Əhli-Hədis Mərkəzi Cəmiyyəti” dini təşkilatı keçən həftə “ümumdünya sülhünün yaradılması və insanlığa dəstək” adlı iki günlük konfrans təşkil edib. Bu konfrans Hindistanın “Rəmlilay” şəhərində keçirilib.

Konfransın birinci günü çıxış edən “Məscidi- Nəbəvi”nin camaat imamı dedi: İslam sülh dinidir. Nifrət və terrorizm dini deyildir. Bu din bəşəriyyətin təhlükəsizliyi yollarını təbliğ edir. Hətta təkcə bəşəriyyətin deyil, bütün varlıq aləminin təhlükəsiz yaşaması üçün ciddi qanunları ehtiva edir.

“Əhli-Hədis Mərkəzi Cəmiyyəti” dini təşkilatının rəisi Əsğər Əli İmam Mehdi bu toplantıda dedi: Müasir dövrün ən böyük problemi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaqdır. Cavanlar sülh peyğamçıları kimi əməl etməlidirlər. Cəmiyyətlərdə sabitliyi pozmağa çalışan ünsürlərin tələsinə düşməməlidirlər. Bəşəriyyətin xeyrinə və qardaşlığı qorumaq üçün əməl etməlidirlər.

O əlavə etdi: Təəssüflər olsun ki, bu gün terrorizm hər zamandakından daha çox inkişaf etmişdir. İnsanlıq ölmüşdür. Bəziləri üçün insan həyatının heç bir qiyməti yoxdur. Belə bir şəraitdə beynəlxalq sülhün qorunması böyük bir problemdir.

Bu iki günlük konfransda terrorizmlə mübarizə, milli və dini vəhdətin yüksəldilməsi, qardaşlıq, sülh və sabitlik kimi mövzular Hindistanın müxtəlif əyalətlərindən olan araşdırmaçılar tərəfindən müzakirə edilmişdir.    

http://iqna.ir/fa/news/3698486

 

 

 

captcha