IQNA

Qana universiteti “İslami Maliyyə Konfransı”na evsahibliyi edəcək

15:28 - March 12, 2018
Xəbər sayı: 3482893
Qananın İslam universitetində “Qananın inkişaf modelində İslami maliyyənin rolu və təsiri” adlı elmi konfransa evsahibliyi edəcəkdir.

Qana universiteti “İslami Maliyyə Konfransı”na evsahibliyi edəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qananın İslam universitetində “Qananın inkişaf modelində İslami maliyyənin rolu və təsiri” adlı elmi konfransa evsahibliyi edəcəkdir.

Bu konfrans həftənin üçüncü günü, 14 Mart 2018-ci il tarixində Qana İslam universitetinin toplantı zalında keçiriləcəkdir.   

Konfransda Əbdül Naşiru İsahaku (Qananın mərkəzi bankının keçmiş rəisi) və Əlhəsən Əndani (Qananın Stanbic Bankının idarə heyətinin rəisi) iştirak edəcəklər. Toplantının əsas natiqi Naşiru və konfransın aparıcısı olacaqlar.

Bu toplantı cari ilin Aprel ayında keçiriləcək “beynəlxalq İslami maliyyə və bankdarlıq konfransı”nın hazırlıq iclaslarının ilkidir.

http://iqna.ir/fa/news/3698955

دانشگاه غنا؛ میزبان همایش مالیه اسلامی

captcha