IQNA

Amerikanın “Methodist kilsəsi”ndə İslam tanıdılacaq

8:29 - March 17, 2018
Xəbər sayı: 3482916
ABŞ-ın Vaşinqton əyalətinin “Battle Ground” şəhərininin “Methodist came kilsəsi”ndə İslam dininin tanıtdırılması hədəfi ilə İslami dialoq proqramı keçiriləcəkdir.

Amerikanın “Methodist kilsəsi”ndə İslam tanıdılacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “thereflerctor.com” informasiya portalına istinadla verdiyi xəbərə görə, ABŞ-ın Vaşinqton əyalətinin “Battle Ground” şəhərininin “Methodist came kilsəsi”ndə İslam dininin tanıtdırılması hədəfi ilə İslami dialoq proqramı keçiriləcəkdir.

ABŞ-ın Vaşinqton əyalətinin “Battle Ground” şəhərininin “Methodist came kilsəsi”nin evsahibliyi etdiyi bu İslami dialoq proqramı cari ayın 23-də (Mart 2018) yerli vaxtla saat 19:00-da Vaşinqtonun cənub- qərbində İslam Cəmiyyətinin üzvlərinin iştirakı ilə baş tutacaqdır.

Vaşinqtonun kilsə üzvləri İslam Cəmiyyəti Mərkəzini ziyarət etdikdən sonra bu qərara gəliblər ki, kilsə ardıcıllarının da İslam dini ilə yaxından tanış olması və istədikləri dini şüurlu və anlayışlı formada qəbul etmələri üçün kilsədə də İslam dini barədə məlumat verən bir proqram icra edilsin.  

ABŞ-ın Vaşinqton əyalətinin “Battle Ground” şəhərininin “Methodist came kilsəsi”nin keşişi Susan Boegli dedi: Kilsə üzvləri İslam Cəmiyyətini ziyarət edərkən cavanlar bu işə böyüklərdən daha çox həvəsli və maraqlı idilər. Biz İslam Cəmiyyətinin mərkəzi binasını 40 dəqiqə müddətində ziyarət etməyi planlaşdırsaq da bu görüş 2 saat yarımadək uzandı.

Vaşinqtonun cənub-qərbində yerləşən İslam Cəmiyyəti təşkilatının rəisi Şirin Əlkuşiri kilsədə keçiriləcək proqramda İslam dini və qanunlarının müxtəlif cəhətləri barədə çıxış edəcəkdir.  

http://iqna.ir/fa/news/3699851

Teqlər: iqna ، kilsə ، İslam ، məsihilik ، xristianlıq
captcha