IQNA

Autizm xəstəsi olan cavan Quranı əzbərlədi

23:53 - March 17, 2018
Xəbər sayı: 3482918
Məhəmməd Məcdi 18 yaşlı misirli cavandır ki, uşaqlıqdan autizm xəstəliyinə tutulub və bu xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq bütün Qurani-Kərimi kamil şəkildə hifz edə bilib.

Autizm xəstəsi olan cavan Quranı əzbərlədiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-yəvm əs-sabe” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Məhəmməd Məcdi 18 yaşlı misirli cavandır ki, uşaqlıqdan autizm xəstəliyinə tutulub və bu xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq bütün Qurani-Kərimi kamil şəkildə hifz edə bilib.

Bu cavanın anası Halə xanım övladının xəstəliyi barədə deyir: Məhəmməd 4 yaşında ikən autizm xəstəliyinə tutulub və 14 ildir ki, bu xəstəlikdən əziyyət çəki və eyni halda davamlı müalicə də alır.

Halə xanım əlavə etdi: Məhəmmədin dilinə gətirdiyi ilk söz “Əllahu Əkbər” oldu. Qurani-Kərimi və azanı bir il yarım dinlədikdən sonra Qurani-Kərimin ən yaxşı qarilərindən və qiraət ustadlarından dərs almağa başladı.

Məhəmməd Məcd həmişə Şeyx Məhəmməd Rüfəti təqlid edir və onun “ibtihal”larına (münacat) qulaq asır. O, öz vaxtını Quran tilavəti ilə keçirir.

Bu cavan Quran ayələrini tərtil və təcvid ilə hifz etmişdir və məscidin namazqılanları və camaat imamları onun istedadına heyrandırlar.   

Qeyd edək ki, Autizm — üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir.

http://iqna.ir/fa/news/3700386

 

Teqlər: iqna ، autizm ، quran hafizi
captcha