IQNA

Amerikalı senator:

NÜCƏBA-ya sankisiya qoyulması İrana qarşı strategiyanın bir hissəsidir

12:11 - March 21, 2018
Xəbər sayı: 3482935
NÜCƏBA İranın regiondakı siyasi klidlərindən biridir. Buna görə də biz bu təşkilatı baykot və bədnam etməli və onun maddi mənbələrini məhdudlaşdırmalıyıq.

NÜCƏBA-ya sankisiya qoyulması İrana qarşı strategiyanın bir hissəsidirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerika konkresinin radikal üzvü, respublikaçı senator və NÜCƏBA əleyhinə sanksiya və baykot layihəsinin (H.R.4238) müəllifi Ted Po sionist rejiminin “yerusəlimpost” qəzetinə göndərdiyi yaddaştda yazıb ki, Orta Şərqdə İranın müttəhidlərinə qarşı ciddi ölçü götürülməsinin zəruriliyindən danışıb.

O yazıb: İraqın NÜCƏBA təşkilatının baykot edilməsi əslində daha böyük bir strategiyanın, yəni İranla mübarizənin bir hissəsidir.

Ted Po sionist rejiminin “yerusəlimpost” qəzetinə göndərdiyi yaddaştda Orta Şərqdə İranın müttəhidlərinə qarşı ciddi ölçü götürülməsinin zəruriliyindən danışaraq deyib: Amerika İraqın müqavimət qüvvələrinə hücum etməlidir. Çünki onlar İranın regiondakı siyasətləri ilə həmrəylik edirlər.

O, Donlad Trampın İran barədə siyasətlərindən razı və xoşhal olduğunu qeyd edərəkk deyib ki, İran “terrorist yaraqlıları himayət etdiyi üçün ABŞ-ın diqqət mərkəzində olacaqdır”.

Terrorist və radikal senator yazır: Regiondakı (İslami) müqavimət dəstələri siyasi və ictimai sahələrdə böyük nüfuza malikdirlər. İraq və Suriyada böyük bir ərazinin kontrolu NÜCƏBA hizbullah təşkilatı və “Əsaibu Əhlil-Həqq” kimi müqavimət dəstələrinin əlindədir. Bu isə İranın ŞİƏ hilalını aralıq dənizinə qədər uzadır.  

Bu terrorist senator NÜCƏBA İslami Müqavimət dəstəsini yəhudi müxatəblər üçün belə təqdim edir: NÜCƏBA hizbullahı 2013-cü ildə İraq mübarizləri tərəfindən təşkil və təsis edildi. İran bu dəstəyə gözəçarpacaq dərəcədə köməklər etdi. Bu təşkilatının başçısı Əkrəm Kəəbidir ki, on il bundan öncə ABŞ-ın İraqdakı silahlı qüvvələrinə hücum etdiyi üçün terrorist elan edildi. Onun fotoları dəfələrlə öz silahlı qüvvələrini İraq və Suriyada rəhbərlik edərkən və QÜDS qoşunlarının komandiri Qasim Süleymani ilə görüşərkən yayılıb.

Terrorist və radikal senator əlavə edir: NÜCƏBA daha çox Suriyanın şərqində aktivdir. Onlar ABŞ qoşunlarını birbaşa təhdid edirlər. Xüsusilə də ABŞ-ın Tənəfdəkini qərargahı üçün qorxuludurlar. Çünki həmin marşurutda Tehranın İsrail sərhədlərinədək ağır silahları tranzit edilir. Bundan əlavə NÜCƏBA elan edib ki, İranla İsrail əleyhinə mübarizədə həmkarlıq edəcək və hətta Cövlanın azad edilməsi üçün xüsusi bölük yaradıb.

Bu senator yazısının davamında NÜCƏBA hizbullah dəstəsinin varlığından narahat olduğunu vurğulayaraq qeyd edir: NÜCƏBA İranın regiondakı siyasi klidlərindən biridir. Buna görə də biz bu təşkilatı baykot və bədnam etməli və onun maddi mənbələrini məhdudlaşdırmalıyıq.

http://iqna.ir/fa/news/3700888

Teqlər: iqna ، nücəba ، yerusəlimpost ، senator ، iran ، İraq
captcha